Usali Oymagi - Wikipedia
Usalı oymağı — Avşar elinin qollarından biri.
Tarixi
redaktəBəzi tarixi ədəbiyatda usanlı, osallı, asıllı, havsallı kimi də yazılır. Bir qismi İsfahan, bir qismi Urmiya, bir qismi isə Zəncan ətrafında yerləşmişdi.
Osanlı oymağının Tehran ətrafındakı Eyvanikeyf dərəsinin əkinəcəkləri vardı.
Tədqiqatçı Adnan Menderes Kaya yazır: "Usalı avşarı: Bu obanın adı qaynaqlarda Usallu və Usanlu şəklində də keçir. İran avşarlarıdır. Səfəvi hökmdarı Şah Abbas zamanında (1587–1628) İsfahanda yaşayıblar. Sonra Kürdüstandakı Kavəruda köçüblər. Kavərud hakimi İmam Qulu Sultan bu obadan idi. Usalıların İrandakı digər afşar obaları kimi çoxsaylı ve güclü olmadığı anlaşılır. XIX əsrin ortalarında İranda olan Ledi Şelin İrandaki əşirətlər ilə bağlı hazırladığı siyahıda usalılar Mazandaranda 50 ev, Tehran bölgəsindəki Har və Dəmavənddə isə 1000 çadır və evdən ibarətdir. Azərbaycanın Quba şəhərində də usalılar yaşayır. Usalı avşarlarından bəzi qruplara Osmanlı torpaqlarında da rast gəlinir. Hələ XVI əsrdə Maraş türkmənləri arasında olan camaatın bir qismi isə Alaniyada yerləşmişdir. Bu, onların əsasən Anadoludan İrana gedən obalardan olduğunu, bir qisminin isə köç etməyərək yerində qaldığını göstərir".
Oymağın tanınmış nümayəndələri
redaktəUsalı oymağının başçılarından biri Imamqulu sultan idi. I Şah Abbasa xidmət etmişdi. Kürdüstandakı Kavərud mahalının hakimi olmuşdu. Usanlı oymağının əmirlərindən biri də Zayir xandır. Zayir xan Əli xandan sonra Zəncanın hakimi olmuşdu. Bu oymağın adlı əmirlərindən biri də Abdulla xandır. Abdulla xan Usanlı 1797-ci ildə Xəmsə əyalətinin valisi olmuşdu. Fətəli şah Qovanlı-Qacara xidmət etmişdi. Usanlı oymağının tanınmış əmirlərindən biri də Qulamhüseyn xandır. Qulamhüseyn xan Zəncanın iri feodallarından idi. Tayfalar arası savaşda Həsən xan Cahanşahlını öldürmüşdü.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı, "Şuşa", 2008, 352 səh.