Uluq Mehemmed - Wikipedia
Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı,[1] 1438-1445-ci illər arasında Kazan xanlığının xanı.
Uluq Məhəmməd | |
---|---|
Oluğ Möxämmäd | |
Kazan xanlığının I xanı | |
1437 – 1445 | |
Sonrakı | Mahmud |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1405 |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Cəlaləddin xan |
Uşaqları | |
Ailəsi | Çingizlilər |
Dini | islam |
Həyatı
redaktəÇingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur.[2] Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur.[3]
1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür.
Hakimiyyəti
redaktəAncaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu. 1427-ci ildə Barak xan sui-qəsd nəticəsində öldükdən sonra Krımda öz hakimiyyətini elan edən Dövlət Berdinin üzərinə yürüş edərək onu Krımdan uzaqlaşdırdı. Litva hersoqu Vytautasın dəstəyi ilə Qızıl Orda taxtını yenidən ələ keçirsə də, əvvəl rusların dəstəklədiyi I Seyid Əhməd ilə mübarizə apardı. Sonra da Kiçik Məhəmməd qarşısında dayana bilmərəyək, 1436-cı ildə Krımda hakimiyyət quran Hacı Gərayın yanına sığınmağa məcbur oldu. Ancaq burda da yaşanan narahatlıqdan sonra Uluğ Məhəmməd xan ailəsi və çoxu qadın və uşaqlardan ibarət 3 min tərəfdarımı yanına alaraq Tulaya yaxın kiçik şəhər olan Belevə yerləşdi. Bundan narahat olan Moskva knyazı II Vasilinin onun üzərinə göndərdiyi qoşuna məğlub oldu. Ancaq həmin il 5 dekabrda yenidən yaşanan döyüşdə qalib gələrək Belevə hakim oldu. Bu uğurundan sonra Volqa ətraflarında irəliləyişini davam etdirərək torpaqlarını genişlətməyə başladı. 1438-ci ildə Kazana çataraq, şəhəri ələ keçirdi və daha sonra bölgədəki torpaqları da Kazana qataraq Kazan xanlığının təməllərini atdı. 1439-cu ildə təşkil etdiyi səfərdə Nijni Novqorodu ələ keçirməsindən sonra Kolomna vı Moskvanıın kənar yerlərini yağmaladı. Bir müddət sakit dövr yaşadıqdan sonra yenidən ruslar üzərinə səfər təşkil etdi. Oğlu Mahmud öndərliyindəki ordusu 1445-ci ilin iyulunda Suzdal yaxınlarında baş verən döyüşdə də II Vasilini məğlub edərək əsir aldı. Bu sayədə Moskva knyazlığı Kazan xanlığına tabe hala gətirildi. Bundan əlavə, Moskvanı nəzarəti altında tutmaq məqsədiylə, Meşçerski Qorodets şəhərində xanlıq qurulmasını və başına da oğlu Qasımın soyundan birinin keçirilməsini əmr etdi. Bu xanlıq da sonralar oğlu Qasıma ithafən Qasım xanlığı adı ilə anıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bosworth, Clifford Edmund, The New Islamic Dynasties: A Chronological and Genealogical Manual, səh - 253. Edinburgh University Press, 2004.
- ↑ Bosworth, Clifford Edmund, The New Islamic Dynasties: A Chronological and Genealogical Manual, səh - 253. Edinburgh University Press, 2004.
- ↑ Howorth, Henry Hoyle, History of the Mongols from the 9th to the 19th Century: Part 2: The So-Called Tartars of Russia and Central Asia, səh - 449. Adamant Media Corporation, 2006.