Uels Sahzadesi Carlz - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[1][2][…], Vestminster borosu, Böyük London[5]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis[7].
III Çarlz | |
---|---|
ing. Charles III, King of the United Kingdom | |
Böyük Britaniya monarxı[d] | |
Vəzifədədir | |
8 sentyabr 2022-ci ildən | |
Əvvəlki | II Elizabet |
Şəxsi məlumatlar | |
Doğum adı | Prince Charles Philip Arthur George Windsor of Edinburgh |
Doğum tarixi | 14 noyabr 1948[1][2][…] (76 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Atası | Filip Mauntbetten[4][6][…] |
Anası | II Elizabet[4][6][…] |
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Britaniya Ordusu[d], Krallıq donanması |
Rütbəsi | feldmarşal[d] |
|
|
Təltifləri | |
Monoqram | |
royal.uk/the-king | |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığında tacqoyma mərasimi oldu.
Həyatı
redaktəKarl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur[8]. Hökmdarın qızının övladı olduğuna görə Karla Britaniya şahzadəsi və Zati-aliləri titulları verilməmişdi. Əvəzində o, Meriones Qrafı titulunu (atasının ikinci titulu idi) götürəcəkdi, lakin 22 oktyabr 1948-ci ildə VI Corc Şahzadə Elizabet və Edinburq hersoqunun hər hansı övladına kral ailəsinin üzvü və şahzadə statusu hüququnun verilməsi haqqında sənəd hazırlatdı, bu isə Karlı doğuşdan kral ailəsinin şahzadəsi etdi.
Karlın üç yaşı olanda anasının Kraliça olması ilə o da II Elizabetin varisi oldu. Hökmdarın ən böyük oğlu olduğuna görə o, avtomatik olaraq Birləşmiş Krallığın vəliəhd şahzadəsi olmaqla yanaşı, həm də Kornuol Hersoqu, Rotsey Hersoqu, Kerrik Qrafı, Renfru Baronu, Adalar lordu və Şotlandiya Şahzadəsi oldu.
İstinadlar
redaktə- ↑ 1 2 Charles, prince of Wales // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Lundy D. R. Charles Philip Arthur George Windsor, Prince of Wales // The Peerage (ing.).
- ↑ 1 2 3 4 Lundy D. R. Charles Philip Arthur George Mountbatten-Windsor, Prince of Wales // The Peerage (ing.).
- ↑ 1 2 3 4 5 6 Kindred Britain.
- ↑ 1 2 3 4 HRH The Prince of Wales | Prince of Wales. 2020.
- ↑ 1 2 Charles III., Großbritannien, König // Catalog of the German National Library (alm.).
- ↑ 60 ildir, kral olmağı gözləyən şahzadə. lent.az Arxivləşdirilib 2011-04-23 at the Wayback Machine (az.)
- ↑ "Yvonne's Royalty Home Page – Royal Christenings". Users.uniserve.com. 6 August 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 February 2012.
Xarici keçidlər
redaktə- Şahzadə Çarlzin rəsmi saytı (ing.)