Turgenyevler - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Turgenyevlər--Rusiya xalqının tanınmış soylarından biri.
Turgenyevlər | |
---|---|
Titul | Boyar |
Əcdadı | Arslan Turgen mirzə, Lev Turgenyev |
Mənşəyi | Qızıl Orda |
Təbəəliyi | Rusiya imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Soyun yaranması
redaktəQızıl Orda mirzəsi (murza – şahzadə) Arslan Turgen Turgenevlər nəslinin banisi sayılmalıdır. 1440-cı ildə Böyük Knyaz Vasili Tyomnının (1415–1462) yanına gəlmiş, xaç suyuna çəkilmiş və İoann adını götürmüşdür.
Böyük knyaz ona lütf və inayət göstərmiş, çünki Turgen mirzə titulundan göründüyü kimi tatarlar içində şan-şöhrətli simalardan olmuşdur.
Yazıçı İvan Turgenyevin doğulduğu və mərkəzi malikanələri olan Spassk-Lutovinovada mülkədar kontorunun üstündə asılan gerbində də onların əsil köklərini əks edən əlamətlər saxlanılırdı:
Böyük cəngavər qalxanı üzərində mavi rəng fonunda qızıl ulduz, həmçinin ulduzu dövrələmiş gümüşü əyri hilal onların keçmiş inamlarının islamın əsas simvolunu əks etdirməklə bərabər Turgenevlərin Qızıl Ordadan çıxan əsil-nəcabətli kişilərdən olduğunu da göstərirdi. Gerbdə Turgenevlər nəslinin xristianlığı qəbul etdikdən sonrakı tarixçələrini də ifadə edən simvollar var idi. Buradaca əyri hilalın sanki üstündəncə qanadlanıb pərvaz edən qartal rəsmi ailənin Məhəmmədi dinindən qopub xristianlığa qoşulmasını əks etdirir. Qırmızı rəng fonunda qılınc təsviri və yaşıl düzənlikdə ox kimi süzən yəhər-yüyəni at Turgenevlərin hər zaman xidmətə, atlanmağa hazır olduqlarını göstərirdi.
Yazıçı İvan Turgenevin anası mahalda varlı-dövlətli qızlardan biri sayılırdı. Orlov quberniyasından başqa Kaluqa, Tula, Tambov, Kursk quberniyalarında da kəndləri var idi.
Ata Turgenevin isə mirası yox idi. O, qonşu Turgenevo kəndindən başqa heç nəyə malik deyildi. Lakin hər bir qadını başdan çıxarıb, yoldan edən gözəlliyə və şöhrətli soyadına malik idi.
1440-cı ildən başlayaraq öz tatar kökündən boy atan bu nəsil Rusiya üçün böyük şəxsiyyətlər – dövlət adamları vermişlər. Turgenevlər əsasən hərb işində özlərini göstərmişdir. Rus çarı İvan Qroznı Kazan üzərinə yürüşü niyyət edərkən Pyotr Turgenevi Həştərxana elçi göndərir. Pyotr Turgenev noqay mirzələrini Kazan xanına köməkdən çəkindirməli idi. Lakin Yusuf Murza (rus knyazı Yusupovların ulu babası, Kazan xanının arvadı Süyüm Bikənin atası) onu söyüb, biabır etmişdi.
Yazıçı İvan Turgenev öz nəsillərinin tarixçəsindəki bir hadisənin qürurunu hər zaman daşıyır, hər yerdə onu söyləməkdən usanmırdı. Onun ulu babası 1606-cı ildə yalançı Dmitriyə edam kötüyü qarşısında ötkəm-ötkəm demişdi: "Sən Çar İoannın oğlu deyilsən, sən qaçaq Qrişka Otepyevsən, mən səni tanıyıram". Bu cəsarətinə başı ilə cavab vermişdi, onu Moskvada edam etmişdilər. Bir çox rus zadəganları – əyanları Yalançı Dmitrinin əlini öpərkən ona belə qanlı cavab vermək bu nəslin tərcümeyi-halına yaraşırdı. Rusiyada bu nəsli doğrucul, sədaqətli, ciddi insanlar kimi tanıyırdılar. İndi isə Mirzə Turgenin nəvələri kasıblamışdı; Çar İvan Qroznı Kazanm fəthindən sonra onları yenidən torpaq və mülklə mükafatlandırsa da indilik ata Turgenev çox kasıb nişanlı sayılırdı. Budur, Vətən müharibəsi bitmiş, döyüşçülər evə dönmüşdülər.
Adın anlamı
redaktəQədim Türk sivilizasiyasının araşdırıcısı və cəfakeşi böyük alim N. Baskakovun "Türk mənşəli rus familiyaları" kitabında göstərildiyi kimi, Turgenev soyadının kökündə türk, monqol sözü olan turgen "cəld, sürətli, iti" durur.[1] Həmin söz özünün əlavə mənalarına da malikdir, turgen "qızğın, əsəbi, hərarətli, tələsgən, savaşqan" məna çalarlarıyla Sibirin türk xalqlarının dillərində, o cümlədən altay, xakas dillərində rast gəlinməkdədir. Hər halda soyadının əsasında duran turgen lüğəvi vahidi sözün həmin bu əlavə mənalarıyla əlaqədardır. Çünki turgen sözünün məhz "qızğın, öcəşkən" mənaları insanın xasiyyətini və temperamentini xarakterizə etdiyi üçün soyadı (ləqəb) yaratmağa daha əlverişlidir.
Soyun məşhur nümayəndələri
redaktəMənbə
redaktə- Баскаков Н. А. Русские фамилии тюркского происхождения, Баку, Язычы,
1992.
- Minaxanım Təkləli, Türk əsilli ruslar, Bakı, Nurlar, 2010, II nəşr.
İstinadlar
redaktə- ↑ N. Baskakov, "Türk mənşəli rus familiyaları", s.155–156.