Troya Ati - Wikipedia
Troya atı — müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə haqqında Troya müharibəsi əfsanəsi adlanırdı.10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində seçilmiş əsgərləri gizlədirlər. Yunanlar hiyləgərlik edərək özlərini elə göstərdilər ki, guya Troyalılara qələbə kuboku kimi at hədiyyə edirlər. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil oldular və dağıntılar törətdilər.
Mənası
redaktəYunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng at düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizləyir, özləri yaxınlıqdakı adaya gedirlər. Troyalılar atı dartıb şəhərə aparırlar. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edirlər; yaxından adadan gizlincə qayıdan digər yunan döyüşçüləri də şəhərə soxulurlar. Yunanlar kişiləri qırıb, qadın və uşaqları əsir tutub, şəhəri qarət edərək yandırırlar. Onlar çoxlu qənimət ilə Yunanıstana qayıdırlar. Buradan Troya atı ifadəsi əmələ gəlmişdir; bu ifadənin mənası ele bir hədiyyə deməkdir ki, bu hədiyyə onu qəbul edən üçün təhlükəlidir.[1]
-
Təkərləkli Troya atı təsviri
-
Yanan Troya və sağ alt tərəfdə Troya atı
-
Miken vazasında Troya atı
İstinadlar
redaktə- ↑ Ümumi tarix, I kitab, Bakı-2009, səh. 158–159