Trevi Fevvaresi - Wikipedia
Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.
Trevi fəvvarəsi | |
---|---|
Fontana di Trevi | |
41°54′03″ şm. e. 12°28′59″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Roma |
Memar | Nikola Salvi, Cüzeppe Panini |
Sifarişçi | XII Klement |
Tikilmə tarixi | 1732-1762 |
Üslubu | barokko |
Hündürlüyü | 52 m[1] |
Eni | 48 m |
Vəziyyəti | açıq səma altında muzey |
Rəsmi sayt | trevifountain.net |
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura | |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii,iv,vi |
Təyin edilib | 1980 |
İstinad nöm. | 91 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır.
Məzmunu
redaktəPoli sarayının (it. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat. Acqua — su, Vergine — qız; "Qız bulağı") bulağından çəkilmişdir) yerini göstərən cavan qız barelyefindən ibarətdir.
Tarixçəsi
redaktəTrevi fəvvarəsinin tarixi imperator Avqustla əlaqəlidir. Avqustun kürəkəni Aqrippa "Qız bulağı"ndan Panteona su arxı çəkdirmişdir. Orta əsrlərə qədər fəaliyyət göstərən bu arx XII əsrdə papa VIII Urban və XV əsrdə papa V Nikolay tərəfindən təmir etdirilmişdir.
Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir.
Bir çox məşhur filmlərdə ("Roma tətilləri" (ing. it. Roman Holiday; baş rolda: Odri Hepbern), Federiko Fellininin "Şirin həyat" (it. La Dolce Vita; baş rolda: Marçello Mastroyanni), "Dəlicəsinə aşiq" (it. Innamorato pazzo; baş rollarda: Adriano Çelentano və Ornella Muti) Trevi fəvvarəsinə dəfələrlə müraciət edilmişdir.
Şəkil qalereyası
redaktəMənbələr
redaktə- Falk Spirallo Reiseführer Rom, Auflage 2007
- Rom, DuMont Reiseverlag, Auflage 2006