Trafalqar Meydani - Wikipedia
Trafalqar meydanı (ing. Trafálgar Squáre) — Londonun mərkəzində yerləşən meydan. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir.
Trafalqar meydanı | |
---|---|
Trafalgar Square | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Vestminster borosu |
metro | Çerinq Kross |
Şərəfinə adlandırılıb | Trafalqar döyüşü |
Adı
redaktəMeydan öz indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə almışdır. Əvvəlki adı "Kral IV Vilyam Meydanı" olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılmışdır.
Xüsusiyyətləri
redaktəMeydanın mərkəzində aşağıdan dörd aslan heykəli ilə əhatələnmiş və yuxarısında admiral Horatsio Nelsonun heykəli olan 51 metr hündürlüyündəki Nelson sütunu yerləşir. Sütunun ətrafında iki böyük fəvvarə vardır.
Dördüncü postament
redaktə1841-ci ildə meydanın künclərində 4 postament yerləşdirildi. Onlardan üçü Britaniya dövlət xadimlərinin heykəlləri ilə bəzədildi. Dördüncü postamentdə kral IV Vilyamın atlı heykəlini yerləşdirmək nəzərdə tutulsa da vəsait çatışmazlığı səbəbindən bu baş tutmadı. 1858-ci ildə postamentə vaksinasiyanı kəşf edən alim Edvard Yennerin əsasən ictimai ianələr hesabına yaradılan heykəli yerləşdirildi.
Lakin o dövrdə çoxluq təşkil edən vaksinasiya əleyhdarlarının etirazları nəticəsində 4 ildən sonra heykəl buradan götürülərək Kensinqton bağlarına köçürüldü. Boş qalan postamentdə kimin heykəlini yerləşdirmək barəsində ortaq razılıq əldə olunmadığı üçün o bu yaxınlaradək boş qalırdı. 1999-cu ildən başlayaraq Kral İncəsənət Cəmiyyətinin təşəbbüsü ilə postamentdə müasir incəsənət ustalarının işləri sərgilənməyə başladı.
İstifadə
redaktəTrafalqar meydanı həm də siyasi nümayişlər və ictimai toplantılar üçün istifadə edilir. Hər il Milad bayramı münasibətilə qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8 may 1945-ci ildə məhz bu meydanda Vinston Çörçil müttəfiqlərin İkinci dünya müharibəsində Almaniya üzərində qələbə çalması barədə xəbər vermişdir.
Qalereya
redaktə-
Cənubi Afrika Evi
-
Kanada Evi
-
Trafalqar meydanı, iyul 2006
-
Trafalqar meydanı, iyul 2006
-
Trafalqar meydanının mərkəzdən görünüşü.
Xarici keçidlər
redaktə- London merinin veb-saytında Trafalqar meydanının səhifəsi
- iOn The Square Arxivləşdirilib 2010-02-23 at the Wayback Machine – Trafalqar meydanı üzrə gid
- Flickr saytında Trafalqar meydanı haqda fotolar
- Camvista.com saytında Trafalqar meydanı veb-kamerası Arxivləşdirilib 2011-04-06 at the Wayback Machine
- Trafalqar meydanı haqda London Landscape TV-nin epizodu (5 dəq) Arxivləşdirilib 2011-10-04 at the Wayback Machine
- Dördüncü postament layihəsi