Tik Tok Personaj - Wikipedia
Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı.[1] Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir.[2]
Tik-Tok | |
---|---|
Yaradan | Laymen Frenk Baum |
Vikianbarda əlaqəli mediafayllar |
F. Baumun personajı
redaktəTik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir. Onun mexanizmlərini istehsal edən zavod fəaliyyətini dayandırdıqdan sonra o dayanır və "Oz ölkəsinə səyahət" əsərinin hissələrindən birində danışmağa başlayır. O danışanda ancaq dişləri hərəkət eləyir. Tik-Tokun danışıq tərzini Baum əsərdə belə vermişdir: "Sa-ba-hın xe-yir, ba-la-ca qız".
Tik-Tokun olduğu əsərlərdə dəfələrlə onun canlı olmaması və heç bir emosiyaya sahib olmaması xatırlanır. Bu səbəbdən o nə sevir və ya sevilə bilir. Tik-Tok özünü Doroti Qeylin qulu kimi təqdim edir və daima onu müşayət eləyir. Tik-Tok Smit və Tinker tərəfindən Ev krallığında yerləşən emalatxanada hazırlanmış və mexaniki insanın yeganə nümunəsi sayılır. Ev krallığının kralı Evoldu onu ixtiraçılardan almış və ona çıxardığı səsə görə Tik-Tok adını vermişdir. Qəddar kral öz mexaniki qulluqçusunu hər dəfə vururdu. Lakin onun zərbələri Tik-Toka ağrı verməsə də, onun tunc gövdəsini hamarlaşdırırdı.
Tik-Tok ilk dəfə "Oz ölkəsindən olan Ozma" (1907) kitabında peyda olmuşdur. Bu kitabda Doroti Qeyl onu mağarada bağlı və hərəkətsiz şəkildə aşkar edir. Bundan sonra Tik-Tok Dorotinin xidmətçisi və qoruyucusu olur. Hərəkətsizliyinin özü üçün təhlükə olmasına baxmayaraq, kritik anlarda o Doroti və onun dostlarına qnomların kralı Ruqqedo üzərində qələbə çalmaqda kömək edə bilir. Sonradan Baum "Oz ölkəsi haqda kiçik sehirli hekayələr" toplusunda "Tik-Tok və qnomların hökmdarı" (1914) adlı qısa hekayə çap edir. Bu hekayədə qnomların kralı Ruqqedo Tik-Tokun onu "gombul" adlandırmasına görə qəzəblənir və Tik-Toku hissələrə böldürür. Kaliko kraldan gizlin olaraq Tik-Toku yığır. Sonra Ruqqedo Tik-Toku ağ-boz rəngə boyatdırarq kabus kimi elətdirir. Tik-Tok həmçinin, Oz ölkəsi haqda kitablar seriyasından olan səkkizinci "Oz ölkəsindən olan Tik-Tok" əsərində peyda olur. Bu kitabda əsas qəhrəmanlardan biri olur. Tik-Tok həmçinin, Oz ölkəsi haqda digər kitablar seriyasında peyda olur.
Kino, radio və teatr tamaşalarında obrazı
redaktə1908-ci ildə çəkilmiş "Sehirli pəri və radiopyeslər" səssiz filmində Tik-Tokun rolunu Volles İllinqton ifa etmişdir. L. Baumun 1913-cü ilə aid "Tik-Tok- Oz ölkəsindən olan insan " adlı müziklində Tik-Tok rolunu komik Ceyms Morton ifa etmişdir. Lakin Baumun The Oz Film Manufacturing Company kinoşirkəti tərəfindən çəkilən filmdə Tik-Tok çəkilməmişdir.
Tik-Tok həmçinin 1980-ci ilə aid "Oz ölkəsində şükranlıq günü" radiotamaşasında əsas personajlardan biri sayılır.
Elstree layihəsi üçün olan intervuların birində filmin rejissoru Volter Març Tik-Tokun hərəkət manerasını nümayiş etdirən akrobat Maykl Sandin Tik-Tokun kostyumunun içərisinə girmiş və öz hərəkətlərinə nəzarət etmək üçün maye kristal ekrandan istifada etmişdir.[3] Marçın sözlərinə görə, istidən və yuxarı-aşağı hərəkət edərkən yaranan fiziki ağırlığa görə Sandin Tik-Tok kostyumunda 2 dəqiqədən artıq kostyumda qala bilmir.
Qreqori Maquayrın "Zalım qadın" romanında "tiktok" termini hər hansı bir mexaniki və ya robotabənzər varlığı bildirmək üçün sifət kimi istifadə olunur. Madam Morribl adlı personajın Qrommetin adlı "tiktok"u vardır. Onun təsviri Baumun Tik-Tokunun təsvirinə oxşayır. Əsərdə şübhə yaranır ki, Qrommetik həkim Dillamondanı madam Mirablın əmrinə əsasən öldürmüşdür. Lakin bu süjet xətti romanda çox inkişaf elədirilməmişdir. Sonda Qrommetikin bütün bunlardan bezərək azad olması və mexaniki xidmətçiləri üsyana qaldırmağa çalışması göstərilir.
Amerikalı fantast Con Sleydek 1983-cü ilə adi "Tik-Tok" əsərində xoşürəkli Tik-Toku psixotik cinayətkara çevirir.
Qreqori Benfordun 1997-ci ilə aid "Əsas qorxu" fantastik romanında hadisələr 10 min il gələcəkdən bəhs edir. Burada Trantor planetində avtomatlaşdırılmış fermaların işinə nəza rətə cavab verən "tik-toks" adlı robotlar qrupu vardır. Əsas süjet xəttini "tik-toks"ların Qalaktika İmperiyasının qüvvələrinə qarşı üsyanı təşkil edir.
Video oyunlarında
redaktəTik-Tokun görünüşündən Epic Mickey 2 video oyununda Bitlvorks adlı personajın təsviri üçün istifadə olunmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Tik-Tok from Return to Oz Arxivləşdirilib 2017-04-08 at the Wayback Machine (ing.)
- The Robots of Oz Arxivləşdirilib 2007-10-04 at the Wayback Machine (ing.)
- Tik-Tok and the three laws of robotics (ing.)
- ↑ Jack Snow, Who’s Who in Oz, Chicago, Reilly & lee, 1954; New York, Peter Bedrick Books, 1988; p. 213.
- ↑ Raylyn Moore, Wonderful Wizard, Marvelous Land, Bowling Green, OH, Bowling Green University Popular Press, 1974; p. 144.
- ↑ "YouTube". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.