Tifil Esed - Wikipedia
Tifil Əsəd, Şair Əsəd, Miskin Əsəd — Azərbaycan şairi, aşığı.
Tifil Əsəd | |
---|---|
Doğum adı | Əsəd |
Təxəllüsləri | Tifil, Şair, Miskin |
Doğum tarixi | |
Doğum yeri | Xiyov şəhəri, Hasar kəndi |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Tifil Əsəd Vikimənbədə |
Həyatı
redaktəMiskin Əsəd 1883-cü ildə Xiyov şəhərinin (Meşgin) Hasar kəndində bir ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini atasının məktəbində bitirib. Türk, ərəb və fars dillərini öyrənib. Miskin Əsəd uşaq ikən bütün çətinlikləri yaşayıb. 1903-ci ildə iki qardaşı ilə birlikdə Bakıya gəlirlər. Əsəd burada mühacir həyatı yaşayır, əvvələr neft quyularında işləyir.
Daha sonra Şəmkir bölgəsinə gedir, orda Aşıq Hümmətlə tanış olur. Bu hadisə onu aşıq ədəbiyatına doğru çəkir. Aşıq Əsəd sonralar Aşıq Ələsgərlə (1821-1926) və Aşıq Hüseyn Bozalqanlı ilə də tanış olur.
Əsəd Miskin təxəlüsündən qabaq "Şair Əsəd" və "Tifil Əsəd" təxəllüsünü daşıyırmış.
1938-ci ildə Miskin Əsəd ordan canın qurtarıb, İrana keçməyə məcbur qalır. Aşıq Əsədin bu taya qayıtması böyük və aydın düşüncəlı bir musiqiçi ilə eyni ildə olur. Ustad Əli Səlimi də ailəsi ilə 1938-ci ildə Güney Azərbaycana qayıdır. Əsəd öz doğma kəndində hörmətlə qarşılanır. Əsəd bu tayda beş il yaşayır və 1943-ci ildə vəfat edir.[1]
Kitabları
redaktə- "Var olan gəlsin" (redaktoru: Malik Əhmədoğlu; ön söz: Hüseyn Düzgün). 2011.
İstinadlar
redaktə- ↑ Uğur. ""Var olan gəlsin"". anl.az (azərb.). "Xalq Cəbhəsi" qəzeti. 13 iyul 2011. İstifadə tarixi: 12 iyun 2016.