Tereza Komodini Kacia - Wikipedia
Tereza Komodini Kaçia (malta Therese Comodini Cachia; 23 fevral 1973, Attard[d]) — Maltalı hüquqşünas və siyasətçi, həmçinin Avropa Parlamentinin keçmiş üzvü.
Tereza Komodini Kaçia | |
---|---|
malta Therese Comodini Cachia | |
Avropa Parlamentinin deputatı[d] | |
1 iyul 2014 – 23 iyun 2017 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 fevral 1973 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsil
redaktəKomodini Kaçia Malta Universitetində oxumuş və burada iki ali təhsil almışdır. O, 1997-ci ildə doktorluq dərəcəsini və 2012-ci ildə İnsan Hüquqları üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb[1].
Peşəkar karyera
redaktəTeresa Komodini Kaçia insan hüquqları sahəsində çalışan ixtisasca hüquqşünasdır. O, 1997-ci ildən bəri müxtəlif səviyyələrdə Maltanın ən yüksək məhkəmələri, eləcə də Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında insan hüquqlarının pozulması qurbanlarını təmsil edib. Onun müştəriləri arasında fiziki şəxslər, kommersiya strukturları, dövlət qurumları, habelə qanunverici orqanlar var idi[2].
Hüquq karyerasında o, Maltadakı bir sıra qeyri-hökumət təşkilatlarında, o cümlədən Malta Skaut Assosiasiyasında, Malta Qadın Təşkilatları Konfederasiyasında və Malta Psixi Sağlamlıq Assosiasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
2008–2010-cu illər arasında o, Bərabərlik üzrə Milli Komissiyaya Avropa bərabərlik qanununun və direktivlərinin mahiyyəti ilə bağlı məsləhətlər verib, ayrı-seçkilik hallarının araşdırılmasında köməklik göstərib və bir sıra digər tədqiqat layihələrində köməklik edib.
Komodini Kaçia hazırda Malta Universitetində İnsan Hüquqları üzrə dərs deyir. O, həmçinin universitetdə insan hüquqları və demokratikləşmə üzrə magistrlərin hazırlanmasını koordinasiya edir. O, əvvəllər Utrext Universitetində və Frankfurt/Oderdəki Viadrina Avropa Universitetində qonaq mühazirəçi kimi işləyib.
Nəşrlər
redaktəKomodini Kaçia bir çox Avropa institutlarına insan hüquqları problemlərinə dair araşdırmalarını və hesabatlarını təqdim etmişdir (əksəriyyət Maltadadır). O, yetkinlik yaşına çatmayanların alveri, irqçilik, ksenofobiya, ayrı-seçkilik, məlumatların qorunması, psixi sağlamlıq, qeyri-qanuni immiqrasiya və repatriasiya ilə bağlı Avropa İttifaqının müxtəlif nəşrlərinə töhfə vermişdir[3]. O, həmçinin irq, din və ya cinsi oriyentasiya əsasında iş yerində ayrı-seçkiliyə dair hesabatlar təqdim edib. O, Amerika Universiteti Vaşinqton Hüquq Kollecinin İnsan Hüquqları Jurnalında məqalələr dərc edib[4].
İstinadlar
redaktə- ↑ "Dr Therese Comodini Cachia". 2019-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
- ↑ "Updated: Opposition presents Constitutional amendment against sexual orientation discrimination". Times of Malta. 2016-06-20. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-12.
- ↑ "Legal Study on Homophobia and Discrimination on Grounds of Sexual Orientation and Gender Identity" (PDF). Fundamental Rights Agency. 2017-04-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-12.
- ↑ Leo F. Zwaak; Therese Cachia. The European Court of Human Rights: A Success Story? : journal. — Washington College of Law, 2004. — Vol. 13, no. 3.