Telman Eliyev Professor 1935 - Wikipedia
Telman Abbas oğlu Əliyev (2 may 1935, Goranboy rayonu) — texnika elmləri doktoru, professor, akademik, AMEA-nın müşaviri.[1]
Telman Əliyev | |
---|---|
Telman Abbas oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kibernetika |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adları | professor, akademik |
İş yeri | İdarəetmə Sistemləri (Kibernetika) İnstitutu |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Üzvlüyü | |
Mükafatları |
|
www.TelmanAliev.az |
Həyatı
redaktəƏliyev Telman Abbas oğlu 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1943–1950-ci illərdə Azərbaycanın Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin natamam orta, 1950–1953-cü illərdə isə Əzizbəyov adına kənd orta məktəbində təhsil almışdır. 1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və 1958-ci ildə həmin institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat ilə Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilib və orada 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə aspiranturaya daxil olmuşdur.
T. A. Əliyev, 1966-cı ildə, Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V. V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir və 1985-ci ildə rofessor adını almışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
T. A. Əliyev 1958–1960-cı illərdə yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur. O, kibernetika, informatika və fizikanın kəsişməsində aparılmış bir sıra fundamental işlərin müəllifidir. 1982-ci ildə Kibernetika İnstitutunun direktorunun elmi işlər üzrə müavini təyin edilib. 1984-cü ildən bu günə kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində ictimai əsaslarla kafedra müdiri işləyir. 1988-ci ildən bu günə kimi Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunun direktoru vəzifəsində işləyir. 1993–1998-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının sədri olmuşdur. 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir.
1997–2001-ci illərdə AMEA-nın FRTE Bölməsinin akademik-katibi olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub. 2008–2015-ci illərdə Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü olmuşdur. 2009-cu ildə "Əməkdar elm xadimi" adına layiq görülmüşdür. Son illərdə T. A. Əliyevin rəhbərliyi altında Bibiheybət neft-qazçıxarma idarəsinin 300 obyektində dərinlik neftçıxarma avadanlıqlarının məsafədən diaqnostikasını və idarə edilməsini təmin edən, rentabelliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verən yeni nəsil "robast noise" monitorinq və idarəetmə sisteminin eksperimental variantı tətbiq edilmişdir.
T. A. Əliyev 2013-cü ildən, Rusiyada (Moskva ş.) nəşr olunan Nəzəri və tətbiqi elmi-texniki "Мехатроника, автоматизация, управление" və 2018-ci ildən Ukraynada (Kiyev ş.) nəşr olunan Beynəlxalq elmi-texniki "Проблемы управления и информатики" jurnallarının redaksiya heyətinin üzvüdür. 2015-ci ildə N. Tusi adına mükafata layiq görülmüşdür. 2015-ci ildən İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının sədri olub. 2018-ci ildə akademik Azad Mirzəcanzadə adına beynəlxalq gümüş medalı ilə təltif olunmuşdur.
T. Əliyev tərəfindən bir çoxu WoS indeksli jurnallarda olmaqla 586 elmi əsər, həmçinin, Springer nəşriyyatında 3 monoqrafiya nəşr edilmişdir — "Robust Techology with Analysis of Interference in Signal Processing", Kluver, Academic Plenum Publishers, New York, 2003, "Digital Noise Monitoring of Defect Origin", Series Springer-Verlag, London, 2007 və "Noise Control of the Beginning and Development Dynamics of Accidents" Published by in Springer, 2019.
T. A. Əliyev ümumilikdə 27 monoqrafiyanın və 109 patentin müəllifidir, onlardan 30-u Avrasiya patentidir. Onun elmi rəhbərliyi altında 37 elmlər namizədi və 12 elmlər doktoru hazırlanmışdır.
1988–2020 illərdə AMEA-nın Kibernetika (İdarəetmə Sistemləri) İnstitutunun direktoru olmuşdur.
Ailəlidir, 1 qızı və 1 oğlu var.
Elmi əsərlərin sayı
redaktə- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 587
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 383
- Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 109
Əsas elmi əsərlərin adları
redaktə- Technologies for Monitoring the Dynamics of Damage Development in Drilling Rigs Using High-Order Moments of the Noise. Mekhatronika, Avtomatizatsiya, Upravlenie. 2020; 21(4):213–223. (In Russ.), Aliev T. A., Musaeva N. F., Gazizade B. I. mech.novtex.ru/jour
- Noise control of the beginning and development dynamics of accidents in rail transport. Transactions of Azerbaijan National Academy of Sciences Series of Physical-Techinical and Matematical Sciences. Vol.39, № 6, Informatics and Control Problems. Issue 2, Institute of Controls Systems of ANAS Elm Publishing House 2019, Baku. Pp.14–23. T. A. Aliev, T. A. Babayev, T. A. Alizada, N. E. Rzayeva.
- Algorithms for determining the confidence interval of the estimates of distribution density of the noise of a noisy signal. Transactions of Azerbaijan National Academy of Sciences Series of Physical-Techinical and Matematical Sciences. Vol.39, № 6, Informatics and Control Problems. Issue 2, Institute of Controls Systems of ANAS Elm Publishing House 2019, Baku. Pp.3–13. T. A. Aliev, N. F. Musaeva, M. T. Suleymanova
- Технологии раннего мониторинга технических объектов с применением оценок плотности распределения помехи. Международный научно-технический журнал "Проблемы управления и информатики", Киев, 2019, № 5, с.114–124, Т.А. Алиев, Н.Ф. Мусаева
- Noise анализ для контроля и диагностики электропогружных насосов. Перспективы автоматизации технологических процессов добычи, транспорта и переработки нефти и газа", VI Международная научно-техническая конференция (VIII Всероссийская), Уфа, 10–12 апреля 2019, c. 77–83. Т.А. Алиев, Г.А. Гулуев, Ac.Г. Рзаев, Ф.Г. Пашаев
- Problems of operational safety of oil and gas facilities in the caspian region". First Caspian Economic Forum. Avaza, Turkmenistan, 11–12 avgust 2019 (plenar) T. Aliyev
- Possibilities of application of noise technology in railroad operation safety systems in seismically active regions. Transport Problems. XI International Conference. The Silesian University of Technology, Faculty of Transport. 26.06–28.06.2019, Katowice, Bochnia, pp. 1–6, T. Aliyev, T. Babayev, T. Alizada, N. Rzayeva
- Using fuzzy set theory and noise analysis technologies to enhance validity and reliability of control of the condition of the running gear of rolling stock. Proceedings of the V Georgian-Polish International Scientific-Technical Conference "Transport Bridge Europe-Asia" 15–18.10.2019, Kutaise, Georgia, 15–17.10.2019, pp.16–24, Telman Aliev, Heybatulla Ahmedov, Tofig Babayev, Tahir Alizada, Elshan Manafov, Nidjat Zohrabov, Ana Mammadova
- Control of the beginning of accidents in railroad operation safety systems in seismically active regions using the noise technology. XI International conference. The Silesian University of Technology, Faculty of Transport, Krasińskiego 8, 40–019 Katowice, Poland., Volume 14 Issue 3, 2019, pp.155–162, T. Aliyev, T. Babayev, T. Alizade, N. Rzayeva
- Algorithms and technologies for noise analysis in the latent period of an emergency state of control objects. Transactions of Azerbaijan National Academy of Sciences Series of Physical-Techinical and Matematical Sciences. Vol.39, № 3, Informatics and Control Problems. Issue 1, Instituteof Control Systems of ANAS, Elm Publishing House 2019. Pp.76–87, T. A. Aliyev, N. F. Musaeva, T. A. Alizada, U. E. Sattarova, N. E. Rzayeva, A. I. Mammadova
- Cпособ уменьшения погрешности при обработке сигнала с выхода многоканального коррелятора. Евразийский патент N 033001, 30.08.2019. Т.А. Алиев, У.Э. Саттарова
- Способ и система автоматического измерения уровня водяной подушки и высоты промежуточного эмульсионного слоя. Евразийский патент № 032835, 31.07.2019. Т.А. Алиев, Аб.Г. Рзаев, С.Р. Расулов
- Cпособ определения проницаемости нефтяного пласта. Евразийский патент № 032229, 30.04.2019. Т.А. Алиев, Аб. Г. Рзаев, С.Р. Расулов, Г.И. Kелбалиев
- Noise control of the Beginning and Development Dynamics of Accidents Published by in Springer, 2019, T. Aliyev.
Kadr hazırlığı
redaktə- 37 fəlsəfə doktoru
- 12 elmlər doktoru
Pedaqoji fəaliyyəti
redaktəAzərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
redaktə- 1994-cü ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir
- 2013-cü ildən Rusiyada (Moskva ş.) nəşr olunan "Мехатроника, автоматизация, управление" jurnalının redaksiya heyətinin üzvüdür
Mənbə
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Əliyev Telman Abbas oğlu". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.