Taxtakorpu Qesebesi - Wikipedia
Taxtakörpü_qəsəbəsi - Haqqında Məlumat
Taxta Körpü qəsəbəsi və ya Laçın obaları — Ağcabədi rayonunda əsasən Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbə.
Taxtakörpü qəsəbəsi | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBura 1990-cı illərə qədər Laçınlıların qışlaq ərazisi olmuşdur. 18 may 1992-ci ildə Laçın rayonu erməni silahlıları tərəfindən işğal edildikdən sonra rayon əhalisi əsasən burada məskunlaşmışdır. Ərazi Laçın Qaçqınlarının Taxta Körpü Düşərgəsi kimi də tanınır.
Laçın Rayon İcra hakimiyyəti də bu qəsəbədə yerləşir.
Mədəniyyət
redaktəTaxtakörpü qəsəbəsində 2 hektarlıq sahədə Heydər Əliyev parkı salınmışdır.[1]
Sosial infrastruktur
redaktəQəsəbədə Təcili tibbi yardım məntəqəsi, Laçın Petrol yanacaqdoldurma məntəqəsi, Kapitalbankın şöbəsi fəaliyyət göstərir.[2]