Tartak Qrup - Wikipedia
"Tartak" (ukr. Тартак, hərf. Taxta-şalban mişarlayan maşın) — hip hop, repkor və alternativ Ukrayna krossover musiqi qrupu. 1996-cı ildə Lutskda təsis edilmişdir. 2019-cu ilin məlumatına görə, qrup 10 albom buraxmışdır. Onlar enerjili bəstələr və mahnı sözləri ərsəyə gətirmək üçün gitara rok, hip hop və rəqs musiqisi üslublarını qarışdırırlar.
Tartak | |
---|---|
Əsas məlumatlar | |
Üslub | alternativ rok, Rapcore, pop-pank[d], nyu-metal, Rep-metal |
Dil | ukrayn dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə"Tartak" qrupunun tarixi 1996-cı ildə başlamışdır. Məhz o zaman layihə "Çervona ruta" festivalının seçmə mərhələsində iştirak etmiş və tezliklə qalib gəlmişdir. Festivalda "O-la-la", "Mənə sevgi ver" və "Dəlisov rəqslər" mahnılarını təqdim edən "Tartak" rəqs musiqisi janrında 1-ci mükafatın qalibi olmuşdur. 1997-ci ilin sonunda, o zaman qrupu təşkil edən, daha doğrusu, sadəcə bir duet olan Saşko Polojinski və Vasili Zinkeviç-kiçiyə klaviaturaçı Andrey Blaqun və gitaraçı Andrey "Muxa" Samoylo qoşulmuşdur. 1998-ci ilin əvvəlində "Tartak" qrupunun üzvləri "Çervona ruta-97" festivalının qalibləri kimi bu heyətlə bütün Ukraynada qastrol səfərlərində olmuşdular.
Qastrol səfərinin axırlarında "Tartak" bir sıra uğursuzluqlar yaşamışdır. Əvvəlcə Kiyevdə açıq meydançalarda çıxış etməyə qadağa qoyulmuş, sonra Vasili Zinkeviç-kiçik komandanı tərk etməyə məcbur qalmışdır. Qrup prodüser Aleksey Yakovlevin himayəsi altına alınana qədər uzun müddət fəaliyyətsiz qalmışdır. Bu müddət ərzində Saşa Polozhinski "Promin" radiosunda yayımlanan "12-2" hit-paradın aparıcısı, "Biz-Tv"də, daha sonra "ICTV"də "Russkiye Qorki" hit paradında aparıcı kimi işləməmişdir. Bu, aparıcı üzvün simasında "Tartak"ı daha çox tanıtmışdır.
1999-cu ilin sonunda qrupa DJ Valentin Matiyuk qrupun heyətinə qoşulmuşdur. 2000-ci ilin əvvəlindən "Tartak" debüt albomunu yazmağa başlamışdır. Səsyazma prosesi təxminən iki il davam etmişdir. Müxtəlif obyektiv və subyektiv səbəblərdən baş verən gecikmələrlə "Tartak"ın debüt albomu "Demo Qrafik partlayış" çıxmışdır. Alboma həm tamamilə yeni mahnılar, həm də köhnə mahnılar daxil edilmişdir.
Alboma daxil olan 5 mahnıya klip çəkilmişdir. "Tartak" qrupu üçün ilk video – "O-la-la" mahnısı üçün Viktor Prixodko tərəfindən 1999-cu ildə lentə alınmışdır. Sonra İqor İvanovun "Hər bədən" klipi (2000), Viktor Priduvalovun "100% Plagiat" (2001) mahnısı üçün çəkdiyi klip yayımlanmışdır. 2002-ci ildə – artıq albom çıxdıqdan sonra Yuri Morozov "Butça-Çaka" klipini, Aleksandr Kiriyenko isə "Dəlisov rəqslər" klipini çəkmişdir. 2001-ci ilin oktyabrında "Tartak"ın rəsmi saytı fəaliyyətə başlamışdır.
"Sinir sistemi" buraxıldıqdan sonra "Tartak"ın tərkibində mühüm dəyişikliklər baş vermişdir. Təbilçi Eduard Kosorapov və basçı Dmitri Çuev "Tartak"dan çıxaraq Çerkasıda qurulmuş "Dust Mix" qrupuna qoşulmuşdular. Yeni musiqiçilərin gəlişi konsertlərdə tam canlı səsə keçməyə imkan vermişdi. Bu, "Tartak"ın çıxışlarını daha da sürətli etmiş, həqiqətən rok olmasına gətirib çıxarmışdır. "Tartak" bir-bir Ukraynanın bütün ən böyük festivallarına – "Tavr Oyunları", "Mövsümün inciləri", Polşada "Lemkovskaya Vatra", Kiyevdəki "Ekstremizm", Lvovdakı "Rokoteka" festivallarına dəvət edilmişdir. "Çayka" festivalı "Tartak"ı ilk dəfə başçı kimi dəvət etmişdir.
Həmin ay "Tartak" və "Qulyayqorod" Gürcüstanda keçirilən "Bakuriani-2006" qış festivalında iştirak etmiş, fevral-mart aylarında Ukraynanın bir çox şəhərlərində öz proqramlarını təqdim etmişdilər. İki videoklip də çəkilmişdir: rejissor İvan Yasnaya tərəfindən "Çernomorets", "Xuliqanlar" və "Naşelito" kliplərinin müəllifi Taras Ximiçin çəkdiyi "Oy dünən Kumada".
"Tartak" 2006 FİFA Dünya Kubokunun dörddəbir final mərhələsinə yüksələn Ukrayna komandasına dəstək olaraq "Ukrayna, vur!" mahnısını lentə almışdır. Ukraynalı azarkeşlərin kütləvi mahnı ifaları ilə futbolçulara enerjili dəstək verməsi üçün videoklip çəkilmiş və "Ukrayna, vur!" maksi-sinqli yayımlanmışdır. Video ilk musiqi əsəri "Tartak"ın "Hüceyrə sevgisi" mahnısı və digər maksi-singllər üzərində "Ukrayna, vur!" versiyaları olan "A7" agentliyi tərəfindən hazırlanmışdır. İyunun sonunda "Tartak" öz musiqi tarixini əks etdirən bir CD buraxmışdır. Bütün 4 albom və 1 remiks albomu bir diskdə mp3 formatda buraxılmışdır.
2006-cı ilin payız-qış fəslində "Tartak" qrupunun yaranmasının 10-cu ildönümü olmuşdur. Bununla əlaqədar yenilənmiş "www.tartak.com.ua" saytının istifadəyə verilmişdir. 2006-cı ilin sonunda "Tartak"ın yeni albomu – "Göz yaşları və seliklər" adlı sevgi mahnılarından ibarət albom buraxılmışdır.
2009/2010-cu il Yeni il ərəfəsində "Materialların gücü" adlı sonuncu diskin buraxılması ilə bağlı uğursuz danışıqlar nəticəsində mahnılar ödənişsiz olaraq ictimaiyyətə təqdim edilmişdir.[1]
6 fevral 2020-ci ildə komandanın daimi lideri Saşko Polojinski qrupdan ayrıldığını elan etmişdir. Onu Sergey Stroyan əvəz etmişdir. 20 yanvar 2022-ci ildə komanda üzvləri öz "Facebook" səhifəsində komandanın fəaliyyətini dayandırdığını və yeni layihə yaratdıqlarını elan etmişdilər.[2]
Albomlar
redaktə- 2001 — Демо Графічний вибух (Demo Qrafik partlayış)
- 2003 — Система нервів (Sinir sistmei)
- 2004 — Музичний лист щастя (Musiqili xoşbəxtlik məktubu)
- 2005 — Перший комерційний (Birinci reklam)
- 2005 — Гуляй-город
- 2006 — Сльози та соплі (Göz yaşları və sümük)
- 2006 — Україно, забивай! (сингл) (Ukrayna, vur!)
- 2007 — Для тєх, кто в путі (Yolda olanlar üçün)
- 2007 — Kofein
- 2010 — Опір матеріалів[3] (Materialların gücü)
- 2012 — Сімка[4] (Yeddi)
- 2015 — Ввічність (Əbədilik)
İstinadlar
redaktə- ↑ "Офіційний сайт — opir.tartak.com.ua" (ukrayna). 2010-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.
- ↑ Тартак. "Ми, музиканти Тартака, сьогодні офіційно завершуємо свою роботу у складі групи…". Facebook (ukrayna). 2022-01-20. İstifadə tarixi: 2022-01-20.
- ↑ "Офіційний сайт/дискографія/альбом Опір матеріалів". 2010-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.
- ↑ "Про новий альбом «Сімка»". 2014-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-01.