Tadeus Tanski - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Tadeuş Tanski (pol. Tadeusz Tański; 11 mart 1892[1], Yanuv-Podlyask[d][2][3][…] – 23 mart 1941[2], Auşvits həbs düşərgəsi[4][5]) — Polşalı avtomobil dizayneri, ixtiraçı, mexaniki mühəndis. Polşalı rəssam və dizayner Çeslav Tanskinin oğlu.
Tadeuş Tanski | |
---|---|
pol. Tadeusz Tański | |
Doğum tarixi | 11 mart 1892[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1941[2] (49 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | mühəndis-mexanik |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəBirinci Dünya müharibəsi başlamazdan əvvəl o, Parisə köçür, burada maşınqayırma ixtisası üzrə təhsil alır və Ali Elektrik Məktəbində təyyarə mühərrikləri üzrə ixtisaslaşır. Müharibə illərində müxtəlif hərbi təyyarələr üçün bir sıra mühərriklər layihələndirib hazırlamış, həmçinin L. Bordon şirkətində zirehli texnikaları geniş şəkildə öyrənmişdir. Daha sonra Armstronq Uitvortda da mühəndis kimi çalışmışdır. 1919-cu ildə Polşaya qayıdır və Hərbi İşlər Nazirliyində Avtomobil bölməsində işləməyə başlayır. Sovet-Polşa müharibəsi zamanı, 1920-ci ildə o, məşhur Ford-T-nin şassisi əsasında Polşanın ilk Ford FT-B zirehli avtomobilini düzəldir. Bu tipli 16 maşın hazırlanır.
Müharibədən sonra Tadeuş Polşa silah sənayesində, xüsusən də Kazimej Meger tərəfindən dəvət olunduğu Centralne Warsztaty Samochodowe şirkətində işləyən mühəndislər arasında qalır. Orada 1922-ci ildə o, Polşanın ilk kütləvi istehsalı olan CWS T-1 avtomobilini hazırlayır və sonra istehsalına rəhbərlik edir. Müharibə İdarəsinin səbəb olduğu gecikmələr, avtomobilin 1928-ci ilə qədər istehsalına icazə verilməməsi demək idi və 1931-ci ilə qədər təxminən 800 ədəd avtomobil istehsal edilir. Onlar əsasən ordu və administrasiya tərəfindən satın alınır (birincisini Prezident İqnasi Moşçiçki alır). Otuzuncu illərin Tadeuş sonunda ən məşhur Polşa dizaynerlərindən biri və çoxsaylı avtomobillərin, yük maşınlarının və artilleriya traktorlarının dizaynerlərindən biri olaraq qalır. İyirmi il iş tapmaqda çətinlik çəkir, buna səbəb onun ekssentrik təbiəti və inadkarlığı olur. O, əsasən qısamüddətli müqavilələr və mühəndislik strukturlarının inkişafı üzrə müsabiqələrdə qalibiyyət hesabına yaşayırdı. Məsələn: sahə radiogeneratorunu idarə etmək üçün iki silindrli, hava ilə soyudulmuş, 750cc mühərriklər üçün müsabiqədə iştirak edir. Duqlas da daxil olmaqla, dünyanın hər yerindən bir çox avtomobil şirkəti müsabiqəyə qatılır. TTadeuş Tanski mühərriki bir növ bolt və qayka ilə dizayn etmişdir. Müraciət üçün son tarixdən 24 saat əvvəl onu tamamlayır. Qələbə mühərriki işə salındığı andan ən uzun müddət işləyənə verilir. Duqlas mühərriki 400 saatdan sonra dayanır, Tanskinin mühərriki 1000 saatdan sonra dayanır.
Tadeuş Tanski həyat yoldaşı üçün avtomatik fotoşəkillərin işlənməsi üçün bir cihaz hazırlayır və dostu üçün daha sonra özü uçmağı öyrəndiyi təyyarəni təkmilləşdirir.
1939-cu il Polşa müdafiə müharibəsi və İkinci Dünya müharibəsi başlayandan sonra Tadeuş Tanski Almaniyanın işğalı altında olan Polşada qalır. 3 iyul 1940-cı ildə, Qeyri-adi sakitləşdirmə hərəkətinin qızğın vaxtında almanlar tərəfindən həbs edilir və Auşvitz həbs düşərgəsinə göndərilir. Düşərgədə almanlar ona əməkdaşlıq təklifi edir, lakin Tanski qəti şəkildə bu təklifi rədd edir. O, 23 mart 1941-ci ildə öldürülür.
İstinadlar
redaktə- ↑ 1 2 Auschwitz Prisoners Database.
- ↑ 1 2 3 4 Sejm-Wielki.pl (pol.). 2002.
- ↑ 1 2 Księga urodzeń, małżeństw i zgonów - Akta stanu cywilnego Parafii Rzymskokatolickiej w Janowie. 1918.
- ↑ "Sejm-Wielki.pl — 2002". 2023-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.
- ↑ "Księga urodzeń, małżeństw i zgonów - Akta stanu cywilnego Parafii Rzymskokatolickiej w Janowie — 1918". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-10.