Tekle Mekan - Wikipedia
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi"[1][2][3]) — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km²[4] təşkil edir.
Təklə-Məkan səhrası | |
---|---|
çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 300,000 km² |
Uzunluğu | 1000 km |
Eni | 400 km |
Yerləşməsi | |
38°53′28″ şm. e. 82°10′40″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəSəhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır. Səhranın ərazisi şimal-şərqə doğru sanki enir. Cənub hissədə hündürlük 1200–1300 metr təşkil etsə də, şimal-şərqdə hündürlük 800–900 metr olur. Səhranın ən hündür nöqtəsi qərbdə yerləşir. Hündürlüyü 1664 metr-dir (Çonqtaq dağı). Barxanlar səhranın cənub-qərbində üstünlük təşkil edir. Barxanların bəzən hündürlüyü 150–300 metr ola bilir. Onlar 10–13 km məsafədə uzanır. Səhranın lənarlaında şoranlıqları müşahidə etmək olar.
İqlimi
redaktəİqlimi kəskin kontinentaldır. Səmanın il boyu təmiz olması kəskin ampelitut fərqi yaradır. İl ərzində cəmi 50 mm yağıntı düşür. Güçlü buxarlanmaya məruz qalır.
Kun-Lundən gələn çaylar səhranın 100–200 km içərilərinə qədər irəliləyir. Sonradan çayın suları qumluqlarda süzülərək çay olaraq mövcudluğunu dayandırır. Bircə Xotan çayı sularını bəzən Tarimə çatdıra bilir. Səhranın altında qrunt sularının olmasına baxmayaraq çox dərində yerləşməsi bitkilərin köklərini həmin məsafəyə çatdıra bilmir.
Canlılar aləmi
redaktəCanlılar aləmi kasıbdır. Bununla belə səhrada nadir hallarda antilop, dovşan, qum sıçanı və ərəbdovşanına rast gəlinir. Çay kənarlarında isə qabanı görmək olar. Səhrada qrunt sularının çox dərində olması səbəbindən demək olan ki, bitkilərə az rast gəlinir. Bunla belə çay kənarlarında qovaq (turanqa), iydə, dəvətikanı, saksaul. Qrunt sularınım dayazlıqda yerləşən ərazilərində isə yulğun, qamış kimilərə rast gəlinir.
Səhrada heç bir yaşayış məntəqəsi yoxdur. Səhranın daxili hissələrində oazislərə rast gəlinir. Təklə-Məkanın cənub sərhədlərinə yaxın yerdə vaxtı ilə yaşayış məntəqəsi olmuşdur. Hazırda isə onun qalıqlarını görmək olar.
-
Təklə-məkan səhrasının görüntüsü
-
Qum tufanı. Peykdən çəkiliş
-
Yarkənd yaxınlığı
İstinadlar
redaktə- ↑ Pospelov E. М. Dünyanın coğrafi adları: Toponim lüğət. -М., 1998
- ↑ Tamm (2011), p. 139.
- ↑ "Takla Makan Desert at TravelChinaGuide.com". 2008-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-24.But see Christian Tyler, Wild West China, John Murray 2003, p.17
- ↑ "The Age of the Taklimakan Desert." Jimin Sun and Tungsten Lou. Science, Vol. 312, 16 June 2006, p. 1621.
Mənbə
redaktə- Regionun şəkilləri
- Səhra şəkilləri Arxivləşdirilib 2008-11-20 at the Wayback Machine
- Personal experiences Arxivləşdirilib 2007-04-08 at the Wayback Machine
- Səhrada tapılan mumiyanın şəkilləri Arxivləşdirilib 2008-07-28 at the Wayback Machine
- TravelChinaGuide