Turkmenistan Metbexi - Wikipedia
Türkmənistan mətbəxi (türkm. Türkmen tagamlary) dünyanın ən zəngin mətbəxlərindən biri sayılır.
Türkmənistan qovunu
redaktəMətbəx sahəsində demək olar ki Türkmənistan öz yetişdirdiy qovunları ilə də seçilir. Türkmənistan sovet dönəmində, ölkə üzrə ən böyük qovun tədarükçüsü olmuşdur. Bugün çox az miqdarda ölkədən qovun başqa yerlərə ixrac edilir.[1] Türkmən mənbələrinə görə hazırda bu ölkədə 400 növ qovun əkilib, becərilir. İllik olaraq ölkədə Yemiş günü (Qovun bayramı) qeyd olunur.
Çörəklər və xəmir yeməkləri
redaktəİlk olaraq bunu qeyd etməliyik ki Türkmən çörəkləri, bölgədəki yapılan başqa çörəklərdən fərqli olaraq, təndir gil sobasında bişirilib, qalın və dəyirmi şəkilli olur.
- Qavurtmaçlı çörək(Qovurmalı çörək):Bu çörəyin hazırlamasında qovurulmuş qoyun əti və bir sıra bitkilərdən(o cümlədən soğan) geniş istifadə edilir.
- Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir.
- Külçə çörək
- Pətir çörək
- Ətli çörək
- Yağlı çörək
İçkilər
redaktəOrta Asiyanın başqa ölkələrinə tay, yaşıl çay Türkmənistanın əsas içkisi sayılaraq, gün boyu geniş istifdə olunur. Ölkənin Daşoğuz bölgəsində, Qazaxıstan kimin çay, süd ilə qarışdırılıb içilir. Ölkə üzrə 2-ci ən çox sevimli içki qatıqdan hazırlanan Kefirdir ki daha çox səhər yeməkləri və Mantı və Börək kimi yeməklər ilə yanaşı süfrəyə verilir. Qıcqırdılmış dəvə südündən əmələ gətirilən və öz dadı ilə seçilən Çal, orta asiya və Türkmənistanın ayrı ənənəvi içkilərindəndir.[3][4] Habelə Çal qırğızların milli içkisi Şoroya da çox bənzəyir.[5]
Türkmənlərin ənənəvi yeməkləri
redaktə- Çəkdirmə :Çəkdirmə türkmənlərin ən məşhur yeməyidir, ki ənənəvi qazan içində bişirilir.Çəkdirmənin əsas ərzaqları ət, düyü və soğandır.
- Bulama
- Basdırma : Türk xalqlarının ənənəvi yeməklərindən biridir. Türkmən basdırması düyü, balıq, kartof, nar və soğandan bişirilir.
- Bişmə: Ballıbadıya çox bənzəyən türkmən şirniyyatlarından biridir.
- Börək: Bu yemək əsasən orucluq ayında hazırlanar.Börəyin hazaırlaması üçün ət,kartof və soğan öncədən əldə edilmiş xəmirin arasına qoyulur.[6]
- Mantı: Əsas ərzaqları döyülmüş ət,yumurta,un,kərə yağı,soğan və müxtəlif ədviyyələrdən ibarətdir.[7]
İstinadlar
redaktə- ↑ Turkmenistan: Country Report to the FAO International Technical Conference on Plant Genetic Resource Arxivləşdirilib 2005-01-09 at the Wayback Machine, Leipzig, 1996, p. 6. Retrieved April 15, 2008
- ↑ Sacred Words "Tamdyr" and "Chorek" Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine Paseviev, Ikar. Retrieved April 15, 2008
- ↑ Anatoly Khazanov, Nomads and the outside world, Second edition, University of Wisconsin Press, 1994, p. 49
- ↑ Great Culinary Dictionary. "Chal" Arxiv surəti 13 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-13 at the Wayback Machine in Russian, retrieved April 11, 2007
- ↑ I.Barkhanov. Neutral Turkmenistan newspaper Arxiv surəti 10 noyabr 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2005-11-10 at the Wayback Machine, in Russian, August 9, 2001.
- ↑ "Türkmən mətbəxinə daxil olan yeməklər". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.
- ↑ "Türkmənistan Mantısı". 2020-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-29.