Turkiyede Dovlet Cevrilisine Cehd 2016 - Wikipedia
Türkiyədə dövlət çevirlişinə cəhd — 2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdi. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.
Türkiyədə dövlət çevrilişinə cəhd | |||
---|---|---|---|
Tarix | 15—16 iyul 2016 | ||
Yeri | Ankara[1] • İstanbul[2] • Malatya[3] • Muğla[4] | ||
Səbəbi | AKP—Gülən hərəkatı qarşıdurması | ||
Nəticəsi |
● Ordu qüvvələri və polis arasında gərgin qarşıdurma olmuş, mülki şəxslər həlak olmuşdur.[5] ● Türkiyə Böyük Millət Məclisi bombalanmışdır.[6] ● Ölkə daxilində çevrilişcilərə qarşı həbslər və araşdırmalar başladı.[7][8] ● Ümumilikdə 83.045 nəfər Türkiyə Silahlı Qüvvələrindən çıxarıldı.[9] ● 2 ay müddətində, üç aylıq dövrdə 7 dəfə fövqəladə vəziyyət elan edildi.[10][11][12] ● Hökumət siyasətinə qarşı çıxan müxtəlif bölmələr tərəfindən çevrilişci olduğu iddia edilən insanların təsviyyəsi, fövqəladə vəziyyət rejimində hökumət tərəfindən genişləndirilmiş və müxtəlif anti-hökumət qruplarına qarşı tədbirlər görülmüşdür.[13][14][15][16] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet köprüsünün jandarma tarafından bağlanılması ilə başlayan vaxtda, TBMM başqanı İsmail Kahraman və təxmini 50-yədək millət vəkilinin məclisdə olduğu vaxt F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmtində yerləşən Cumhurbaşkanlığı Sarayına bombalama cəhdi olsa da da, uğurlu olmamışdır, Muğla'nın Marmaris bölgəsində bir hoteldə olan prezident Recep Tayyip Erdoğana qarşı suiqəsdə cəhd olundu. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi çevrilişi reallaşdıran əsgərlər tərəfindən girov götürüldü.
Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Erdoğan, CNN Türkdə FaceTime vasitəsilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.
16 iyul səhərinə kimi ordu və polisin ortaq əməliyyatları nəticəsində çevriliş basdırıldı. Bu hadisələr nəticəsində 104-ü çevrilişçi əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirdi, 1491 nəfər isə yaralandı.
İstanbul Bakırköy Respublika Baş Prokurorluğu, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin "hökuməti aradan qaldırmaq","prezidentə qarşı sui-qəsd","əhalini üsyana təhrik etmək" və s. digər maddələr əsasında cinayət işi qaldırıldı. Aparılan araşdırmalar nəticəsində müxtəlif rütbəli 8036 hərbçi həbs edildi. Həbs edilənlər yalnız əsgərlər deyildi. Bura professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri var idi. Onların sayı günü-gündən artdı. Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edildi.
Çevrilişdə səbabkarı kimi uzun illərdir ABŞ-də yaşayan dini xadim Fətullah Gülən və tərafdarının adı çəkilir (Fətullahçı Terror Təşkilatı).
Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-dən sonra uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi.
Hadisələr
redaktə- İstanbulda Boğaziçi körpüsü və Fateh Sultan Mehmet körpüsü bir qrup jandarma tərəfindən nəqliyyat hərəkəti dayandırıldı.
- Türkiyə Silahlı Qüvvələrindən bütün mətbuat mərkəzlərinə Ölkə idarəsinə bütünlüklə əl qoyuldu şəklində mesaj göndərildi. Bu mesaj TSQ-ın internet saytında da yayımlandı.
- TRT ələ keçirildi və aparıcı Yurdda Sülh Konseyinin imzası olan bir bəyanatı oxumağa məcbur edildi.
- Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar girov götürüldü.
- Atatürk Beynəlxalq Hava Limanına tanklar yeridildi və işi dayandırıldı. Burada 47 şəxsi hərəkatçı F-16-dan buraxılan bombalar nəticəsində həyatını itirdi.
- İstanbul və Sakaryada etiraz edən xalqa atəş açıldı, İstanbulda 2, Sakaryada 8 nəfər yaralandı.
- 1. Ordu komandanı orgeneral Ümid Dündar Bu TSQ-nin dəstəkləmədiyi bir hərəkətdir şəklində açıqlama verdi.
- Türkiyənin müxtəlif yerlərində gecə boyunca azan oxuduldu.
- Ankarada yerləşən Milli İstihbarat Təşkilatında atışma oldu.
- Türkiyənin baş naziri Binəli Yıldırım çevrilişçilərin hərbi helikopterlə vurulacağını bildirdi.
- 1. Ordu komandanı orgeneral Ümid Dündar bir müddətliyinə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsini icra etdi.
- Boğaziçi körpüsündə hərəkəti dayandıranlardan 50 nəfər təslim oldu.
- Ankarada 60 nəfərin həyatını itirdiyi açıqlandı.
- 754 TSQ əsgəri həbs olundu. 5 general, 29 polkovnik vəzifəsindən uzaqlaşdırıldı.
- Baş Qərargahdan bayıra çıxarılan tanklar barikada məqsədilə kamazların olduğu əraziyə atəş açdı.
- 16 əsgərin ölü tapıldığı, 200 nəfərin həbs olunduğu açıqlandı.
- Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar xilas edildi.
Reaksiyalar
redaktəPrezident Rəcəb Tayyib Ərdoğan:
- "Mən hazırda ölkəmin Ali Baş Komandanı olaraq bunu çox açıq şəkildə deyirəm, qurucusu olduğum partiyanın bütün üzvlərini, milli iradəsi olan cümhurun özünü, xüsusilə şəhərlərdə insanları meydanlara çağırıram. Bu çevrilişi edənlərə layiqli dərsi verəcəyik".
- "Türkiyə Silahlı Qüvvələrində olan xainlər üzə çıxdı. Hamısı bir-bir təmizlənəcək. Bunun əvəzini çox ağır ödəyəcəklər".
- "Millətin silahı ilə milləti vururlar".
Baş Nazir Binəli Yıldırım:
- "Bunu edənlər ən ağır şəkildə əvəzini ödəyəcəklər".
İstanbul valisi Vasip Şahin:
- "Türkiyədə hərbi çevriliş planı uğursuz oldu".
İstinadlar
redaktə- ↑ "Halka ateş açıldı! Yaralılar var..." Haber7 (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "İstanbul'da polis ve asker çatışıyor". www.hurriyet.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Malatya 2. Ordu Komutanlığı'nda hareketli saatler - 2 tank halka ateş açtı". www2.karar.com (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Marmaris'te Erdoğan'ın oteli vuruldu!". Milliyet (türk). 16 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "İstanbul'da Polis ve Asker Çatışıyor". Haberler.com (türk). İstanbul. 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "TBMM bombalandı". www.hurriyet.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Darbecilere soruşturma başlatıldı | STAR". Star.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "http://www.milliyet.com.tr/tum-turkiye-de-darbecilere-gozalti-gundem-2278776/". Milliyet (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "'KHK'lerle toplam 2 bin 614 kurum kapatıldı' - Gazete Şûjin". Gazetesujin.net (türk). 22 iyul 2017. Archived from the original on 22 July 2017. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Erdoğan: 3 ay süreyle OHAL ilan edildi". birgun.net (türk). 21 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "OHAL bir kez daha uzatıldı". birgun.net (türk). 4 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "MGK'dan OHAL kararı". www.ntv.com.tr (türk). 5 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Darbe Girişimi Gerekçesiyle Başlatılan Haksız Açığa Almalara Son Verilmeli, Eğitimde Sözleşmeli İstihdamdan Vazgeçilmelidir!". Eğitim Sen (türk). 28 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Kılıçdaroğlu: "Darbe Biliniyordu; Bu Darbeden Fırsat Çıkardılar". Bianet (türk). 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Erem, Onur. "15 Temmuz Türkiye'de siyaseti nasıl değiştirdi?". BBC News Türkçe (türk). 14 iyul 2017. 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Kucuksahin, Sukru. "Kurds become new target of Ankara's post-coup purges". Al-Monitor (ingilis). 12 sentyabr 2016. 12 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Tümgeneral Mehmet Dişli gözaltına alındı (2) (YENİDEN)". Hürriyet (türk). 21 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Darbeyi planlayanlardan Albay Muharrem Köse'nin cebindeki atama listesi ortaya çıktı". www.sozcu.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "'Cunta liderliği' suçlamasıyla gözaltına alınan Orgeneral Akın Öztürk'e ters kelepçe". T24 (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Genelkurmay'dan ilk açıklama: Darbe girişimi engellendi". www.hurriyet.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Gazetesi, Evrensel. "Genelkurmay Özel Kuvvetler Komutanı: Duruma hakimiz". Evrensel.net (türk). 16 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "1. Ordu Komutanı'ndan askeri kalkışma açıklaması". Ensonhaber (türk). 2016-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Genelkurmay Başkanı Vekili Dündar: Kendi vatandaşına kurşun sıkan grubun cinneti". Diken. 15 iyul 2016. 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Deniz Kuvvetleri'nde darbe girişimi gecesi! Boğazları kapatacaklarmış..." Milliyet (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Turkish prosecutor claims CIA, FBI trained coup plotters". RT International (ingilis). 5 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Arango, Tim; Yeginsu, Ceylan. "Turks Can Agree on One Thing: U.S. Was Behind Failed Coup". The New York Times (ingilis). 2 avqust 2016. 16 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Arab, The New. "Abu Dhabi links with Israel exposed in leaked emails". alaraby (ingilis). 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "UAE ambassador's hacked emails 'show' alleged role in Turkey coup". soL InternationaL (ingilis). 4 iyun 2017. 7 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Stack, Liam. "In Egypt, Many Leaders Quietly Cheered Turkish Coup Plotters". The New York Times (ingilis). 18 iyul 2016. 22 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Cumhurbaşkanlığı Sözcüsü Kalın: TSK'nın komuta kademesi görevinin başında | STAR". Star.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Darbecilere müdahaleyi neden ordu değil de polis yaptı?". www.sozcu.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "MİT'ten açıklama: Genelkurmay Başkanı görevinin başındadır". www.ntv.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Halk darbeye karşı meydanlarda". www.aa.com.tr (türk). 17 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Başbakan açıkladı: Kaç darbeci öldürüldü ?". İhlas Haber Ajansı (türk). 18 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "FETÖ'nün darbe girişiminde şehit sayısı 246'ya yükseldi". Anadolu Ajansı. 27 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Arab, The New. "Turkish colonel arrested following coup found dead in cell". alaraby (ingilis). 8 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Dakika dakika darbe girişimi - 15-16 Temmuz 2016". www.hurriyet.com.tr (türk). İstifadə tarixi: 20 may 2020.[ölü keçid]
- ↑ "Darbe girişimi 12-13 Kasım | 15 Temmuz'da yaralanan yurttaş yaşamını yitirdi". Diken. 12 noyabr 2016. 15 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "Astsubay Dağdaş'ı FETÖ'cüler şehit etmiş". www.hurriyet.com.tr (türk). 14 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ "FETÖ'nün darbe girişiminde şehit sayısı 246'ya yükseldi". Anadolu Ajansı (türk). Türkiye. 27 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.
- ↑ Keskin, Kemal. "Darbe Teşebbüsünde Bombalı Saldırıya Uğrayan Kamu Binaları". Gayrimenkul Haber (türk). Türkiye. 17 iyul 2016. 17 July 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2020.