Turkiye Terefinden Bosaldilmis Kurd Kendleri - Wikipedia
Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri — Türkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyə ərazisində əhalisi kürdlərdən ibarət olan boşaldılmış kəndlər. Onların sayının 3,000 civarında olduğu təxmin edilir. 1984-cü ildən Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının kökünü kəsmək üçün kampaniyaya başlamışdır. 2000-ci ilə qədər 30,000-ə yaxın insan həlak olmuş, iki milyon kürd qaçqın isə evlərini tərk edərək şəhərlərə köçmüşdür.[1][2]
Yaşayış məntəqələri
redaktəHumanitar Hüquq Layihəsinə görə, Türkiyə hökuməti tərəfindən 2,400 kürd kəndi dağıdılmış, 18 min kürd edam edilmişdir. Digər hesablamalara görə, dağıdılmış kürd kəndlərinin sayı 4,000-dən çoxdur. Ümumilikdə 3,000,000-a qədər insan (əsasən kürdlər) didərgin düşmüşdür.[3]
Kürd İnsan Hüquqları Layihəsi kəndlərin əhalisinin boşaldılmasını (evakuasiyasını) 5 mərhələyə bölür:[4]
- 1985–1989-cu illərdə ilkin mərhələ
- 1990–1991-ci illərdə sentralizasiya mərhələsi
- 1992–1993-cü illərdə kəndlərin sistematik boşaldılması mərhələsi
- 1994-cü ildə kəndlərin boşaldılmasının eskalasiya mərhələsi
- 1995–2001-ci illərdə daha digər kəndlər boşaldılmışdır
2009-cu ilin məlumatına görə, 1,000,000 nəfər hələ də məcburi köçkündür.[5]
İstinadlar
redaktə- ↑ Ferhad Ibrahim, Gülistan Gürbey. The Kurdish conflict in Turkey: obstacles and chances for peace and democracy Arxivləşdirilib 2023-04-17 at the Wayback Machine, Palgrave Macmillan, 2000. pg. 167. ISBN 0-312-23629-8
- ↑ Dahlman, Carl. The Political Geography of Kurdistan Arxiv surəti 3 oktyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-10-03 at the Wayback Machine pg. 11
- ↑ . JSTOR Gunter Michael Gunter.
- ↑ Jongerden, Joost. The Settlement Issue in Turkey and the Kurds: An Analysis of Spatial Policies, Modernity and War (ingilis). BRILL. 2007-05-28. 82. ISBN 978-90-474-2011-8.
- ↑ Internal Displacement Monitoring Centre (IDMC) – Norwegian Refugee Council. "Need for continued improvement in response to protracted displacement". Internal-displacement.org. 31 January 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 April 2011.