Turkiye Sahil Muhafize Xidmeti - Wikipedia
Türkiyə Sahil Mühafizə Xidməti Türkiyənin bütün sahillərində daxili suları olan Mərmərə dənizi və Dardanel boğazlarında, liman və körfəzlərində beynəlxalq hüququn norma və prinsipləri əsasında xidmət edən dövlət orqanıdır.[1]
Türkiyə Sahil Mühafizə Xidməti | |
---|---|
Növü | Sahil Mühafizə |
Yaranma tarixi | 9 iyul 1982 - günümüzə |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Respublikası Daxili İşlər Nazirliyi |
Sayı | 5,673 nəfər |
Qərargah | Ankara |
Rəngləri | Narıncı, qara, ağ |
Tilsimi | Suiti |
Təchizatı |
102 sahil mühafizə kateri 4 axtarış-xilasetmə gəmisi 13 helikopter 3 təyyarə |
Komandanlıq | |
Komandir | Bülent Olcay |
sg.gov.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı İmperiyası dövründə "Rüsumət Əmanəti" adı ilə qurulmuş və 13 iyul 1982-ci il tarixli, 2692 saylı qərarla hazırkı halına gəlmişdir. Səfərbərlik və müharibə vəziyyətində Türkiyə Hərbi Dəniz Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir.[2]
Sahil Mühafizə komandanlığının vəzifəsi təhlükəsizliyi və asayişi təmin etmək və qanunların özünə verdiyi digər səlahiyyətlərdən istifadə etməkdir. Şəxsi heyəti zabit, gizir, mülki məmur və işçilərdən ibarətdir.
Dəniz Limanı Şöbə Müdirlikləri ilə birlikdə Türkiyənin sahil və dənizlərində asayiş, axtarış-xilasetmə və təhlükəsizlik kimi vəzifələri yerinə yetirən iki qurumdan biridir.
Tarixi
redaktəİstanbul xaricindəki sahillərin qorunması və qaçaqmalçılığın izlənib qarşısının alınması məqsədilə qurulmuş Taşra Gömrük İdarələri 1859-cu ildə eyni məqsədlə qurulmuş olan İstanbul Emtia Gömrük İdarəsinə birləşdirilmişdir. 1861-ci ildə qurumun adı Rüsumət Əmanəti olaraq dəyişdirilmişdir. 1886-cı ildə Jandarma qüvvələrinə bağlı "Kordon bölükləri" adlı qurum yaradılmışdır.
Türkiyə Respublikasının elan olunmasından sonra 1932-ci ildə 1917 saylı qanunla Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən idarə olunan Gömrük Mühafizəsi Komandanlığının əsası qoyulmuşdur. Dəniz vasitəsilə edilən qaçaqmalçılığın və dəniz sularının təhlükəsizliyinin təmin olunması bu təşkilatın vəzifələrinə daxil idi. Bu təşkilat 1956-cı ilə qədər Baş Qərargah rəisliyinə tabe olmuşdur. 1956-cı ildə ləğv edilən bu qurumun bütün vəzifələri Jandarma qüvvələrinə verilmişdir. 1967-ci ildən etibarən Sahil Mühafizə Xidmətinin yaradılması prosesi başlamış və 1982-ci il 13 iyul tarixində 2692 saylı Qanunun qəbul edilməsi nəticəsində Türkiyə Sahil Mühafizə Xidməti yaradılmışdır. Bu dövlət orqanı yarandığı gündən 1 yanvar 1985-ci il tarixinə qədər Jandarma qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərmişdir. Komandanlıq bu tarixdən etibarən Daxili İşlər Nazirliyinə tabedir.
15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra qurum mülkiləşdirilmiş və Türkiyə Silahlı Qüvvələrinin tabeçiliyindən çıxarılmış yalnız Daxili İşlər Nazirliyinin tabeliyində qalmışdır. Bu qurum yalnızca səfərbərlik və müharibə dövründə Hərbi Dəniz Qüvvələrinin tabeçiliyi altına keçə bilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 2692 sayılı Sahil Güvenlik Komutanlığı Kanunu Arxivləşdirilib 2016-10-02 at the Wayback Machine. T.C. Resmî Gazete, 17753, 13 iyul 1982
- ↑ 668 sayılı Olağanüstü Hal Kapsamında Alınması Gereken Tedbirler ile Bazı Kurum ve Kuruluşlara Dair Düzenleme Yapılması Hakkında Kanun Hükmende Kararname Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine. T.C. Resmî Gazete, 29783 (2.Mükerrer), 27 iyul 2016, Madde 23