Surxanderya Vilayeti - Wikipedia
Surxandərya vilayəti (özb. Surxondaryo viloyati) — Özbəkistanın ən cənub vilayətidir. İnzibati mərkəzi Termez şəhəridir. 6 mart 1941-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır.[1]
Surxandərya vilayəti | |
---|---|
Surxondaryo viloyati | |
38°00′ şm. e. 67°30′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Termez |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 6 mart 1941 |
Sahəsi |
|
Hündürlük | 535 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | UZ-SU |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəVilayətin mərkəzi və cənub hissələri düzənlikdir. Şimalda Hissar dağ silsiləsi, qərbdə və şimal-qərbdə onun təpələri - Baysuntau (4425 m) və Göytendağ (3139 m) dağları, şərqdə Babataq silsiləsi (2290 m-ə qədər), cənubda Amudərya çayının vadisi yerləşir. Cənubda Əfqanıstanın Bəlx vilayəti, cənub-qərbdə Türkmənistanın Lebap vilayəti, şimal-qərbdə Qaşqadərya vilayəti, şərqdə Tacikistanın Xatlon vilayətinin Nosiri-Xusrav və Şahritus rayonları ilə həmsərhəddir, şimal-şərqdə - Tacikistanın Respublika tabeliyində olan rayonları - Tursunzadə, Rudaki və Şahrinav ilə, şimalda - Tacikistanın Soqd vilayətinin Aynin və Pencikent rayonları ilə həmsərhəddir.
Milli tərkibi
redaktə2022-ci il avqustun 1-nə Surxandərya vilayətinin əhalisinin sayı 2,771,100 nəfər təşkil edib - bu, Özbəkistanın regionları arasında 7-ci yerdir (14-dən).
Milliyyət | Əhali, nəfər | bütün əhaliyə nisbətdə %-i |
---|---|---|
Özbəklər | 2.264.979 | 84,49 |
Taciklər | 334.120 | 12,46 |
Türkmənlər | 32.925 | 1,23 |
Ruslar | 21.324 | 0,80 |
Tatarlar | 6.960 | 0,26 |
Ukraynalılar | 3.545 | 0,13 |
Qaraçılar | 3.276 | 0,12 |
Qazaxlar | 2.719 | 0,10 |
Beloruslar | 1.502 | 0,06 |
Azərbaycanlılar | 978 | 0,04 |
Koreyalılar | 734 | 0,03 |
Ermənilər | 306 | 0,01 |
Yəhudilər | 220 | 0,01 |
Moldavanlar | 210 | 0,01 |
qaraqalpaqlar | 194 | 0,01 |
Qırğızlar | 159 | 0,01 |
Gürcülər | 157 | 0,01 |
Digər xalqlar | 6.492 | 0,24 |
İstinadlar
redaktə- ↑ s:Указ Президиума ВС СССР от 06.03.1941 года об образовании Андижанской, Наманганской и Сурхан-Дарьинской областей в составе Узбекской ССР.
- ↑ "Постоянное население по национальным и/или этническим группам". Портал открытых данных Республики Узбекистан data.egov.uz. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.