Sumqayit Dovlet Musiqili Dram Teatri - Wikipedia
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr.
Sumqayıt Dövlət Dram Teatrı | |
---|---|
Sumqayıt Dövlət Dram Teatrı | |
Ümumi məlumatlar | |
Əvvəlki adı | H.Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı |
Teatrın tipi | Dram |
Əsası qoyulub | 1968-ci il |
Teatr binası | |
Açılıb | 14 mart 1969 |
Heyət | |
Direktor | Samir Şəfiyev |
Baş rejissor | Firudin Məhərrəmov |
Yerləşməsi | |
40°35′47″ şm. e. 49°40′09″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Sumqayıt |
Ünvan | Azərbaycan, Sumqayıt şəhəri, Azərbaycan prospekti 21 |
|
|
sumqayitdram.az |
Tarixi
redaktəSumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır.
1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.[1]
1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı.
Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi.
1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi.[2]
Repertuarı
redaktəTeatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir.
Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin [3]"Kimdir müqəssir" vodevili[4] (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır.[5]
Uğurları
redaktəNəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Kollektivi
redaktəTeatrda bir müddət xalq artistləri – Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov çalışmışlar. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov Azərbaycanın tanınmış incəsənət xadimləridir.
Nailiyyətləri
redaktəAzərbaycan Respublikasının Prezidenti 25 sentyabr 2008-ci ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə bağlı 2 sərəncam vermişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə teatrın 2 əməkdaşına "Azərbaycan Respublikasının xalq artisti", 6 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar artisti", 3 əməkdaşına "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adları verilmiş[6] və 6 əməkdaş "Tərəqqi" medalı ilə təltif edilmişdir[7].
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Görkəmli Azərbaycan artisti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 30 sentyabr 1969-cu il tarixli, 446 nömrəli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;sumqayitdram.az
adlı istinad üçün mətn göstərilməyib - ↑ "Əbdürrəhim bəy Haqverdiyev". Encyclopaedia of Islam, THREE. İstifadə tarixi: 2024-06-11.
- ↑ "Sumqayıt teatrında[[:Şablon:Əbdürrəhim bəy Haqverdiyevin]] "Kimdir müqəssir?"". medeniyyet.az (ingilis). 2024-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-25.
- ↑ "Arxivlənmiş surət". 2024-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-10.
- ↑ "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3060 nömrəli Sərəncamı. Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine (az.)
- ↑ "Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2008-ci il tarixli, 3061 nömrəli Sərəncamı.[ölü keçid] (az.)