Sumqayit Cimerliyi - Wikipedia
Sumqayıt_çimərliyi - Haqqında Məlumat
Sumqayıt çimərliyi — Sumqayıt şəhərinin Xəzər dənizi boyunca uzanan sahil xəttində yerləşən çimərlik. Çimərlik Corat qəsəbəsindən başlayaraq Sarıqayabaşı burnu ərazisinə istiqamətlənir. Xüsusi ilə Yeni Corat və Corat qəsəbələrinin sahilləri balıqqulağı ilə örtülüdür. Çimərlik yay ayları şəhər sakinlərini özünə cəlb edir. Son illər sutəmizləyici qurğuların inşası və yenilənməsinə baxmayaraq, çimərlikdə ekoloji tarazlıq bərpa olunmamışdır[1]. Sumqayıt bulvarının salınması ilə çimərliyin şimal hissəsində tikinti işləri aparılmışdır. Novxanı çimərliyinə yaxın sahələrdə restoran, kafe, otel və pullu çimərliklərin sahili örtməsi dənizə açılan mənzərənin qarşısını alır.
Sumqayıt çimərliyi | |
---|---|
Yerləşməsi | |
40°36′32″ şm. e. 49°40′14″ ş. u.HGYO | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
Yaşayış məntəqəsi | Sumqayıt |
|
Şəkilləri
redaktə-
Sumqayıt çimərliyinin balıqqulağılı sahili
-
12.02.2012
-
12.02.2012