Sultan Togrul Qullesi - Wikipedia
Sultan Toğrul qülləsi — Böyük Səlcuqlu imperatoru Sultan Toğrulun adına adlandırılmış, XII əsrdə inşa edilmiş abidə. Abidə müasir İranın Rey şəhərində yerləşməkdədir və Raşkan qalasına yaxındır.
Sultan Toğrul qülləsi | |
---|---|
35°36′02″ şm. e. 51°26′44″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
20 metr hündürlüyə malik və kərpicdən tikilmiş qüllədə Sultan Toğrulun məzarı yerləşməkdədir. Sultan 1063-cü ildə Rey şəhərində vəfat etmişdir. Dövrünün digər memarlıq nümunələri kimi qüllə konusvari günbəzlə örtülmüşsə də, bu günbəz zəlzələ zamanı dağılmışdır. Qüllənin divarlarının qalınlığı 1.75–2.75 metr aralığında dəyişməkdədir. Daxili və xarici diametrləri isə 11–16 metr aralığında dəyişməkdədir. Xarici forması, dizaynında 24 bucaq olan çoxbucaqlı formasıdır ki, bu da strukturun sarsıntılara qarşı dayanıqlığına töhfə verdiyi düşünülür. Qüllənin yuxarısında kufi xətti ilə yazı olsa da, sonradan bu yazı yoxa çıxmışdır. Qüllə hal-hazırda İran Mədəni İrs Təşkilatı tərəfindən qoruma altındadır. Bəzi mətnlərdə bu yer Burj Xəlifə Yezid adlanır. Bəzi ekspertlərin fikrincə, bu qüllə saat göstəricisinə bənzəyir və onun salonlarında günəş işığı günəş işığı düşən zaman saatı müəyyən etmək olur.[2]
Tarixi
redaktəDeyilənə görə, bu qüllədən vaxtilə Xorasandan Rey şəhərinə gələn Böyük İpək yolu tacirlərini qüllədə yandırılmış od vasitəsiylə şəhərə yönləndirmək, həmçinin də gündüz vaxtı əhalinin digər ehtiyaclarını qarşılamaq üçün istifadə edilmişdir. Mənuçöhr Arianın "Qüllələrə başqa bir baxış" məqaləsində yazdığına görə, bu bina və buna bənzər tikililərə "qüllə" ifadəsinin adlandırılması Zodiakalda günəş işığının illik hərəkət edən keçidlərinə görədir. Bu xüsusiyyətdən əlavə, Toğrul qülləsinin salonlarının mərkəzində gizlənmiş günəş saatı adlı başqa bir unikal xüsusiyyəti vardır. 1884-cü ildə qüllənin bəzi yuxarı hissələri dağıntılara məruz qaldığı üçün Qacar hökmdarı Nəsrəddin şahın əmri ilə bu yerlər restovrasiya edilmişdir.[3]
Dəfn mübahisəsi
redaktəMütəxəssislər və tarixçilər arasında bu binada dəfn edilən şəxsin kim olması ilə bağlı çoxlu çətinliklər və uyğunsuzluqlar var. Bəziləri hesab edir ki, bu yerdə dəfn edilən şəxs Səlcuqlu hökmdarı Toğrul bəydir. "Mahmud əl Təvarix" əsərinin 465-ci səhifəsində Sultan Toğrul bəyin Rey şəhərində vəfat etdiyi və öz məqbərəsində dəfn edildiyi yazılmışdır. Türk tarixçi Faruq Sümər də Sultan Toğrulun burada dəfn edildiyini yazmışdır. Digər müəlliflər isə burada dəfn edilən şəxsind Əmir Teymurla arvadı Şadülmülkün oğlu olan Xəlil Sultanın XV əsrdə dəfn edildiyini yazmaqdadır. Həmçinin Həsən Kərimiyanın müəllifi olduğu "Reye Baastaan" əsərində burada Fəxr Deyləminin dəfn edildiyi yazılmışdır. Məhəmməd Mohit Təbətabayi hesab edir ki, qüllə erkən dönəm sünni alimlərindən olan İbrahim Kavasa aiddir. Təbətabayinin özü də 1992-ci ildə burada dəfn edilmişdir.
Dağıntılar və restavrasiyalar
redaktə1884-cü ildən başqa 1922-ci ildə də abidə restovrasiya edilmişdir. Bu restavrasiya Əhməd şahın əmri ilə həyata keçirilmiş və Əbdülhəsən xan Memarbaşı tərəfindən həyata keçirilmişdir. Bərpa zamanı binanın girişinə mərmər plitələr qoyulmuşdur. Bu yenidənqurma binanı dağılmaq təhlükəsindən xilas etsə də, köhnə əsərlərin zərifliyini və kufi kitabəsini məhv etdi. İslam inqilabından sonra, abidə uzun müddət tərk edildi, lakin 1998–2000-ci illər aralığında yenidən bərpa edildi. Yaxın keçmişdə də Tehran bələdiyyəsinin rəhbərliyi ilə qüllənin və ya məqbərənin ərazinin genişləndirilməsi, ərazisində mədəniyyət mərkəzinin, restoranın və muzeyin tikilməsi işləri başladılmışdır.[4]
Qalereya
redaktə-
Üst hissələrin kərpic işlərinin təfərrüatı. Səlcuqi üslubu asanlıqla müşahidə olunur.
-
Portal və daxili.
-
Qacar şahlarından olan Məhəmmədəli şah dövründə bölgəyə gəlmiş və qüllənin rəsmini çəkmiş Paskal Kost buranı Xəlifə Yezidin yarı dağılmış məqbərəsi deyə adlandırmışdır.
-
Tarixi yazısı olan binanın girişi.
-
Binanın içindən səmanın görünüşü.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ "Toghrol Tower". www.chn.ir. 8 Dekabr 2014. 12 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
- ↑ "موقعیت جغرافیایی و پیشینه تاریخی:". www.tehranmiras.ir. 13 noyabr 2004. 30 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
- ↑ "تهران شناسی > گردشگری > آثار باستانی و بناهای تاریخی > قلعه ها و برج ها > برج طغرل". www.ketabeavval.ir. 25 dekabr 2006. 8 Aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.