Skottsboro Mehkemesi - Wikipedia
Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə.[1]
Hadisə
redaktəBu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi.[2] Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı.[2]
1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı.[3] Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi.[4] Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər.[5] Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.[5] Bu məhkəmə "qanuni linç" anlayışının yaranmasına da səbəb oldu.[3] ABŞ-nin ağ şəxslərinin daha çox yaşadığı cənub əyalətlərində ədalətli qərarların verilməməsi mövzusu ilə tez-tez qarşılanırdı. 1882–1946-cı illərdə ABŞ-də beş yüzdən çox zənci linç məhkəməsi baş tutmuşdu.[6] Buna baxmayaraq bu məhkəmə beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu. Kommunistlər Amerikalı zəncilər və dəstəkləyənləri gənc şəxsləri müdafiə etmək üçün çox köməklik göstərdilər. Qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq "Skottsboro şəxsləri" olaraq adlandırılan şübhəlilərin ən sonuncu məhkumu 1950-ci ildə azadlığa buraxıldı.[3]
Təsiri
redaktəHarper Linin "Bülbülü öldürmək" adlı romanı bu mövzu ilə əlaqədar yazılmışdır. Həmçinin Jan Pol Sartr bu məhkəmədən təsirlənərək "Hörmətli fahişə" teatr tamaşasını yazmışdır.
İstinadlar
redaktə- ↑ Wright Richard, Kinnamon Keneth, Fabre Michael. Conversations with Richard Wright. Univ. Press of Mississippi, 1993. ISBN 978-0-87805-633-0. Səhifə. 119
- ↑ 1 2 Ward, Lott, 2002. səh. 222
- ↑ 1 2 3 Painter, Nell Irvin. Creating Black Americans: African-American history and its meanings, 1619 to the present. Oxford University Press US, 2006. ISBN. 9780-19-513755-2 201. Səhifə. 201
- ↑ Khan, Perez və Lee, 2003. səh. 7
- ↑ 1 2 Khan, Perez və Lee, 2003. səh. 8
- ↑ Khan, Perez və Lee, 2003. səh. 9
Ədəbiyyat
redaktə- Khan Perez, Lin Shi Tony, Lee Andrew H. Scottsboro, Alabama: A Story in Linoleum Cuts. NYU Press. 2003. ISBN ISBN 978-0-8147-5177-0.
- Ward Lott, Julie Tommy Lee. Philosophers on race: critical essays. Wiley-Blackwell. 2002. ISBN ISBN 978-0-631-22227-9.