Siyahcesme - Wikipedia
Siyahçeşmə (fars. سیَهچـِشمه) və ya Qaraeyni— İranın Qərbi Azərbaycan ostanında şəhər, ostana bağlı olan Çaldıran şəhristanının inzibati mərkəzi.
Siyahçeşmə | |
---|---|
39°04′22″ şm. e. 44°23′13″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
chaldrancity.ir | |
2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,189 nəfər və 3,024 ailədən ibarət idi[2].
Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Şəhərin əski adı Qaraeyni olsa da adı farşlaşdırılıb Siyahçeşməyə dəyişdirilmişdi, və şəhərə indiki adı verilmişdir.
Şəhərin Azərbaycan türkcəsindəki adı olan Qaraeyni adı Azərbaycan türkcəsindəki "qara" (bu söz yer adlarında istər qara rəng, istər "böyük, əzəmətli, [bəzən] uca" mənalarını verir) və ərəbcə "göz, bulaq" mənalarını verən "eyn / əyn" sözlərindən ibarətdir.
Lakin şəhərin hazırkı rəsmi farsca adı olan Siyahçeşmə bu şəhərin əsl doğma adının (Qaraeyni) farscaya sözbəsöz tərcümə edilməsiylə yaranıb; belə ki, "qara" sözü "siyah" sözü ilə, "eyni" (bulaq) sözü isə "çeşmə" sözü ilə (hər iki söz xalis fars sözləridirlər) əvəz olunub.
İstinadlar
redaktə- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-14.