Seyran Siriyev - Wikipedia
Seyran_Şiriyev - Haqqında Məlumat
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri.
Həyatı
redaktəEmin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həm də gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var.
İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir.
Yaradıcılığı
redaktə- 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir.
- 1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür.
- O həm də ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir. Cek Londonun dünya şöhrətli məşhur "Əcdadların harayı" povesti 1991- ci ildə ilk dəfə olaraq onun nəfis tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır.Həmin əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamına müvafiq olaraq 2005-ci ildə "Dünya ədəbiyyatı" silsiləsindən Cek Londonun "Seçilmiş əsərləri" kitabında latın qrafikası ilə təkrarən çap olunmuşdur.
- Emin Seyran tez-tez respublika mətbuatında pedaqoji-metodiki və publisist yazılarla da çıxış edib. O, xalq maarifi əlaçısı və ali kateqoriyalı müəllim olub. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. O, 2003-cü ildə respublika pedaqoji mühazirələrində birinci yer tutmuşdur.
- 1996-cı ildə Azərbaycan milli televiziyası ilə onun həyat və yaradıcılığına həsr olunmuş televiziya filmi nümayiş etdirilmişdir.
- Astara rayon "Ziyalılar klubu"nun sədri kimi o, mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkilində və keçirilməsində böyük fəallıq göstərib.