Seroz Qisa - Wikipedia
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur.
Seroz qişa | |
---|---|
| |
Latınca | tunica seroso |
Embrional | mesoderma |
MeSH | Serous+membrane |
Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat. lamina parietalis divarları örtən səfhə. Bunların arasında əmələ gələn boşluqda seroz maye – lat. serum olur. Bu maye daxiliüzvləri sürtünməkdən mühafizə edir. Bəzi nahiyələrdə üzvlərdə seroz qişadan büküşlər – lat. plicae serosae və bağlar – lat. liqamenta serosa əmələ gəlir.
Xarici birləşdirici toxuma qişası – lat. tunica adventitia seroz boşluqlara baxmayan üzvləri xaricdən örtür, məsəln udlağı, qida borusunu və b. Bunun vasitəsilə üzvlər bir-birinə təsbit olunur və özü də kövşək (boş), bəzən sıx birləşdirici toxumadan əmələ gəlir, tərkibində saya əzələ liflərinə təsadüf edilir. Bədəndə sonra seroz qişalara ağciyəri xaricdən və döş qəfəsi divarlarını daxildən örtən plevra – lat. pleura, ürəyi xaricdən əhatə edən ürək kisəsi – lat. pericardium və qarın üzvlərini xaricdən və qarın divarlarını daxildən örtən periton – lat. peritoneum aiddir.
Mənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, səhifə 10, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)