Serb Respublikasinda Ruslar - Wikipedia
Serb Respublikasında ruslar (serb. Руси у Републици Српској) — Serb Respublikası əraziaində yaşayan və işləyən rus əsilli əhali. 1991-ci il əhalinin siyahıya alınmasına görə Sosialist Bosniya və Herseqovina Respublikası ərazisində 297 nəfər rus yaşsyırdı (ümumi əhalinin 0,01%)[1]. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikası ərazuşisində 177 rus yaşayır. Hazırda ruslar Serb Respublikasının rəsmi milli azlıqları siyahısına daxil deyildir.
Tarixi
redaktəSerb Respublikası ərazisində ilk dəfə ruslar XX əsrin əvvəllərində meydana gəlmişlər. Onlar əsasən keçmiş Rusiya imperiyasından olan miqrantlar idilər. Onlar Oktyabr inqilabından sonra ölkəni tərk etməyə məcbur olanlar idi. 1919-cu ildə "Ağlar" hərəkatının tərəfdarları Yuqoslaviya Krallığına pənah gətirmişlər. Onların böyük qismi müxtəlif mədəni və təhsil mərkəzlərində, kınd təsərrüfatı sahələrində, sənsyedə çalışırdılar. Hətta qarışıq ailələr meydana gəlmişdi. Sarayevoda Sarayevo Universitetində hətta balkan tarixçisi Aleksandr Vasileviç Solovev işləmişdir. İkinci dünya müharibəsindən sonra dövlət quruluşundə dəyişiklik baş verir. 1948-ci ildə bölgədə yaşayan rusların yarıdan çoxu Stalin və Tito arasında yaranmış konflikt səbəbindən SSRİ ərazisinə deportasiya edilir. Bosniya və Herseqovina ərazisində olduqca az rus qalırdı. Bosniya müharibəsi zananı ruslar keçmiş SSRİ adlı məkanın müxtəlif bölgələrindən bölgəyə gələrək Serb Respublikasının ordusuna qoşulurdu. Belə düşünülür ki, bu müharibə zamanı Rusiyadan gəlmiş 37 nəfər həlak olmuşdur. Rusiya vətəndaşlarının və dövlət orqanlarınln vəsaiti ilə Vişeqorod şəhərində öldürülmüş rusların şərəfinə abidə qoyulmuşdur. 12 aprel tarixi Serb respublikasında rus könüllüləri günü kimi qeyd edilir (serb. Дан руских добровољаца). Hər il Vişeqorod şəhərində rus könüllüləri təntənəli şəkildə anılır[2].
Bizim günlər
redaktə2000-ci illərdə istər rusiyadan istərsı Monteneqrodan ora bir qrupq rus köçmüşdür. Onların böyük bir qismi Trebine şəhərinə şəhərinə köçmüşdür[3]. Burada yaşayan rusların böyük qismi provaslavdır. Onlara məsxus olan Uqlevik şəhərində Müqəddəs Aleksandr Nevski məbədi və Riteşiçdə Matrona Moskovskaya monastrı fəaliyyət göstərir.
Serb Respublikası ərazisində ruslsra məxsus olan çoxlu mədəni və ictimai təşilstlar fəaliyyət göstərir:
- «Srpsko-ruski most» — Banya-Luka vı İstoçno-Saraevo
- «Bratstvo» — Banya-Luka vı İstoçno-Saraevo
- «Zavet» — Bielina
- Ruslara məxsus «Rus dünyası» fondu
- «Vozrozdeniya» rus dili və mədəniyyəti mərkəzi — Trebine[4].
Tanınmış nümayəndələri
redaktə- Yelena Yorevna Quskova, tarix elmləri doktoru, Serb Respublikası Senatının üzvü.
İstinadlar
redaktə- ↑ POPIS STANOVNIŠTVA U BiH: Muslimana u Bosni i Hercegovini ima više nego pre rata Arxivləşdirilib 2021-02-14 at the Wayback Machine (serb.)
- ↑ "У Вишеграду обиљежен Дан руских добровољаца". Радио-телевидение Республики Сербской. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-04.
- ↑ "Руси се из Црне Горе селе у Требиње". Радио и телевидение БН (serb). 2015-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
- ↑ "Требиње: Отворен Центар руског језика и културе "Возрожденије"". Глас Српске (serb). İstifadə tarixi: 2016-01-04.[ölü keçid]