Selluloz - Wikipedia
Sellüloza bitki aləmində ən geniş yayılmış homopolisaxariddir. Karbon birləşmələrinin yarıdan çoxunu sellüloza təşkil edir. Bu ən çox kətanda (80-90%), çətənədə, samanda, bitkilərin oduncağında (40-50%) və pambığın lifində (90-98%) olur. Kimyəvi düsturu aşağıda: (C6H10O5)n
Bitkilər ildə 1011 ona yaxın sellüloza sintez edir. Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin və s.) birlikdə olur. Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması əmələ gəlir. Sellülozanın molekul kütləsi 10-20 milyon arasında dəyişir, qlükoza qalıqlarının miqdarı 3000-dən 10 000-ə qədər olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları biri digəri ilə birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri hesabına birləşir. Təbiətdə sellüloz ən geniş yayılmış maddədir. Bitkilərin hüceyrələri ondan qurulmuşdur. Pambıq, süzgəc kağızı 90% sellülozdan ibarətdir. Oduncağın tərkibi əsasən sellüloz və liqnindən təşkil olunmuşdur:
Sellülozun molekul kütləsi 50000 – 500000 arasında dəyişir. Nişasta və qlükogendən fərqli olaraq sellüloz hətta qatılaşdırıldıqda belə su ilə hidroliz olunmur və yoda təsir etmir. O yalnız fermentlərin təsiri ilə hidroliz olunduqda sellüloz adlanan polisaxarid əmələ gətirir. Sellüloz molekulu bir-birilə 1-4 – qlikozid rabitəsilə birləşmiş qlükopiranoz formalı monomerlərdən təşkil olunmuşdur. Sellülozun hidrolizindən qlükoza alınır. Aralıq məhsul kimi sellobiozaya rast gəlinir. Sellüloz nişastadan halqa ilə xətti xarakterdə olan zəncirin arasında olan β-konfiqurasiya əlaqəsi ilə fərqlənir. Sellüloza mikrofibrillər şəklində bitki hüceyrələri divarının əsas quruluş materialı sayılır. Sellüloza müxtəlif kimyəvi təsirlərə çox davamlıdır. Yalnız Şvesyser reaktivində (mis-ammonyak kompleksi) həll olur. Qlükozanın ayrı-ayrı qalıqlarının stereokimyası və xaricdən budaqlanmamış uzun zəncirdəki təkcə yerləşmiş OH qrupunun hesabına hidrogen əlaqəsinin yaranması üçün ideal şərait yaranmışdır. Nəticədə cod suda həllolmayan lif materialı alınır. Bu isə hüceyrə divarının qurulması üçün ideal haldır. β-Əlaqəli sellüloz insan orqanizmində fermentlər tərəfindən hidroliz olunmadığı üçün qida kimi istifadə olunmur. Lakin gövşəyən heyvanların mədəsində sellülaza fermenti olduğuna görə, onlar sellülozu qida komponenti kimi istifadə edirlər. Sellüloza Sveyser reaktivində, sink-xloridin qatı məhlulunda və qatı sulfat turşusunda həll olur. Sellüloz molekulunda yerləşən üc hidroksil qrupundan etil efiri, nitrosellüloz, ksantogenatsellüloz, asetilsellüloz almaq olur.
Sellüloza tam nitrolaşdırıldıqda tüstüsüz barıt deyilən partlayıcı piroksilin alınır. Asetilsellülozun mühüm
əhəmiyyəti vardır. O nitrosellüloz kimi odadavamlı maddədir. Asetilsellülozdan örtüklər, süni ipək və kino lentləri
hazırlanır. Qlükozanın alınmasında və etil spirtinin qıcqırdılmasında sellülozdan geniş istifadə olunur.
Ədəbiyyat
redaktə- N. M. Yusifov, K. Ş. Daşdəmirov. Bioloji kimya. Ali məktəblər üçün dərslik. Bakı 2012
- A.M. Məhərrəmov, M.Ə.Allahverdiyev. Həyat fəaliyyətinin kimyəvi əsasları. Bakı: «Bakı Dövlət Universiteti» nəşriyyatı, 2009.
- http://elibrary.bsu.az Arxivləşdirilib 2017-07-21 at the Wayback Machine