Selenqa Cayi - Wikipedia
Selenqa və ya Seləngə[2] çayı (monq. Сэлэнгэ мөрөн[1], rus. Селенга[3], bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km[Q 1], hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır.
Selenga | |
---|---|
monq. Сэлэнгэ мөрөн[1] | |
Ölkələr | |
Mənbəyi | Bügsin gölü, Delgermörön çayı, İder çayı |
Mənsəbi | Baykal gölü |
Uzunluğu | 992[Q 1] |
Su sərfi | 935 m³/san |
Hövzəsinin sahəsi | 447 000 km² |
DSR[rus.] | 16030000512116300006917 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimalogiyası
redaktəBuryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır[4]. Monqol dilində isə sele üzən su mənasını ifadə edir.
Tarixi
redaktəSelenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.
Coğrafiyası
redaktəRusiya Federasiyası ərazisində Buryatiya Respublikasının Ulan-Ude şəhər inzibat dairəsi və 7 rayon ərazisində axan çay. Buryatiya ərazisinə çayın 409 km-lik hissəsi daxildir. Hövzəsinin sahəsi 447 min km2-dır. Selenga çayı İder və Delgermoron çaylarının birləşməsindən əmələ gəlmişdir. Baykal gölünə töküldüyü ərazidə 680 km2-lik geniş deltaya təşkil edir. Baykal gölünə tökülən çayların gətirdiyi suyun təqribən 1/2 hissəsi Selenga çayının payına düşür.
Hidrologiyası
redaktəSelenga çayı qış aylarında (noyabrdan aprelədək) buzla örtülü olur. Yaz, yay və payızda daşqınlar, yağış günlərdə sellər müşahidə olunur.
Monqolustanla Rusiya arasındakı sərhəd bölgədə orta illik su sərfi 310 m3/s, 127 km uzaqlıqda isə 935 m3/s-dir[5].
May və sentyabr aylarında isə təqribən 270 km-lik hissəsi gəmiçilik çün yararlı hala gəlir.[6]
Qolları
redaktəSelenga çayının əsas sol qolları:
Sağ qolları isə:
Qalereya
redaktə-
Andrey Yefimoviç «Selenqa:Sibirdə çay» (1817)
-
Monqolustanda bərə keçidi
-
Sahildəki axmaz göllər (Buryatiya)
-
Xujir və Xaranxoy stansiyaları arası dəmiryolu körpüsü
-
Jidinski rayonu Zarubino kəndi yaxınlığı
-
Treskova kəndindəki most
-
Ulan-Buqras və Xamar-Daban arasındakı sədd
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Карта М-48-Б,Г ОХУ, МОНГОЛ УЛС Төв, Дархан-Уул ба Сэлэнгэ аймаг 1:500 000 «ЗУГАР ЗҮЙ» ХХК-д шинэчлэн хэвлэв. 2003 он.
- ↑ Древнетюркский словарь, Ленинград, 1969 г. (стр. 465) "Seläŋä. Река Селенга"
- ↑ Реестр зарегистрированных в Государственном каталоге географических названий объектов по республике Бурятия Arxivləşdirilib 2014-10-11 at the Wayback Machine. İstifadə tarixi:2015-11-5
- ↑ Гидроним Селенга: этимология и ассоциация Arxivləşdirilib 2022-02-18 at the Wayback Machine. İstifadə tarixi:2015-11-5
- ↑ Массив данных с гидропоста РЖД-Мостовой Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine сервер Юнеско. İstifadə tarixi:2015-11-6
- ↑ CIA Factbook - Mongolia Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine monqol dilində. İstifadə tarixi:2015-11-6