Saray Mulk Xanim - Wikipedia
Saray Mülk Xanım (özb. Saroymulkxonim, 1341 və ya 1343, Teymurilər dövləti – 1405 və ya 1406, Səmərqənd) — Teymurilər imperiyasının qurucusu Teymurun ikinci həyat yoldaşı.[1][2][3]
Saray Mülk Xanım | |
---|---|
Saroymulkxonim | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Səmərqənd |
Həyat yoldaşı | Əmir Teymur |
Atası | Qazan xan |
Dini | islam |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Çağatay xanlığının xanı Qazan xan Çingiz xanın soyundan gəlir.[4] Saray Mülk Xanım ilk evliliyini Əmir Hüseynlə etməsinə baxmayaraq, Əmir Hüseynin Teymurun əsgərləri tərəfindən öldürülməsi nəticəsində Çingiz xan ailəsi ilə qohumluğa xüsusi əhəmiyyət verən Teymur Saray Mülk Xanım ilə evlənmişdir.[5] Teymur bu evlilikdən sonra Çingiz xan soyuna kürəkən olduğu üçün gürgan olaraq anılmışdır. Bu evlilikdən uşaqları olmamışdır. Bundan başqa, imperiyanın sonrakı iki hökmdarı olan Şahrux və Uluq bəyə də təhsil və tərbiyə vermişdir.[6]
Xeyirxah əməlləri
redaktəSəmərqənddəki XIV əsrin ən önəmli binalarından biri Teymurun möhtəşəm məscidinin qarşısındakı Xanım mədrəsəsi idi. Mədrəsə Saray Mülk Xanım tərəfindən 1397-ci ildə tikdirilmişdir. Saray Mülk Xanım bir çox əsər də tikdirmişdir, lakin bu günə təkcə Xanım mədrəsəsi çatmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Renard, ed. by John. Windows on the House of Islam : Muslim Sources on Spirituality and Religious Life. University of California Press. 1998. səh. 246. ISBN 978-0-520-21086-8.
- ↑ Lal, Ruby. Domesticity and Power in the Early Mughal World. Cambridge University Press. 2005. səh. 217. ISBN 0-521-85022-3.
- ↑ Belozerskaya, Marina. Medusa's Gaze : the Extraordinary Journey of the Tazza Farnese. Oxford University Press. 2012. səh. 99. ISBN 978-0-19-973931-8.
- ↑ Shterenshis, Michael. Tamerlane and the Jews. Hoboken: Taylor and Francis. 2013. səh. 28. ISBN 113687366X.
- ↑ Tucker, Jonathan. The silk road : art and history. Philip Wilson Publishers. 2003. səh. 261. ISBN 978-0-85667-546-1.
- ↑ Vasilii, Vladimirovitch Barthold. Four Studies on the History of Central Asia. E.J. Brill. 1956. 24–25.