Samo Dovleti - Wikipedia
Samo dövləti — əsası Samo tərəfindən qoyulmuş slavyanların erkən feodal dövlət təsisatı.
Tarixi dövlət | |
Samo dövləti | |
---|---|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayına qədərki torpaqlarda yaşayırdılar. VI–VIII əsrlərdə qərb Slavyanlarında artıq ibtidai icma cəmiyyəti dağılmağda idi. Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal dövlətlərinin yaranması da sürətlənirdi.
Qərb Slavyanlarının ilk siyasi birliyi VII əsrin I yarısında meydana gəlmiş Samo dövləti idi. Samo dövləti slavyanların türkdili avarlara, habelə franklara qarşı inadlı mübarizısi nəticəsində yaranmışdı. VI əsrin II yarısında Dunay sahillərində — Pannoniyada möhkəmlənən avarlar müxtəlif mənşəli tayfaları o cümlədən bəzi slavyan tayfalarının əsarət altına salmışdılar. Çox keçmədən təqribən 623-cü ildə Çexiya, Moraviya və Slovekiyada yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Samo frank taciri idi. Bir çox görkəmli slavyansünaslar bu fikirlə razılaşmır, Samonun mənşəcə slavyan olduğunu göstərirlər.
Fredegarın məlumatına görə 623-cü il üsyanı ilə əlaqədar olaraq knyaz seçilən Samo 658-ci ilədək qərb slavyanlarının tayfa birliyinin idarə etmişdi. O, avarlara qarşı müvəffəqiyyətlə mübarizə aparmış, sonra isə Frank kralı Daqoberli məğlubiyyətə uğradaraq frankların slavyan torpaqlarına hücumlarının müvəqqəti də olsa, qarşısını almışdı. Samo hətta Frank krallığına hücum etmiş, Türingiyada torpaqlar da ələ keçirmişdi.
Samo dövləti, erkən feodal dövlətinin yaranması üçün zəruri olan obyektiv tarixi zəminin hələ tam yetişmədiyi dövrdə yaranmışdı. Bu dövlət başlıca olaraq xarici təhlükəyə qarşı mübarizə zəmnindən doğan hərbi-siyasi birlik idi. Odur ki, həmin tayfa birliyi knyaz Samonun ölümündən sonra dağıldı. Bununla belə, Samo tayfa birliyi Çexiya və Moraviya ərazisində erkən feodal dövlətinin yaranması üçün mühüm tarixi zəruri oldu.
Mənbə
redaktəFredegar. Xronika. VI kitab (rus.) / / The Fourth Book of the Cronicle of Fredegar with its continuations. — London: Thomas Nelson and Sons Ltd, 1960.