Samir Serifov - Wikipedia
Samir_Şərifov - Haqqında Məlumat
Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Azərbaycan) — Azərbaycan Respublikasının maliyyə naziri (2006-cı ildən)[1], Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor.
Samir Şərifov | |
---|---|
Vəzifədədir | |
18 aprel 2006-cı ildən | |
(i. e. 14–16 fevral 2024) | |
Əvvəlki | Əvəz Ələkbərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, iqtisadçı |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSamir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var.
1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır.
Fəaliyyəti
redaktə- 1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı
- 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır.
- 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor,
- 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru,
- 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir.
- 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
- Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.[2]
6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub[3]
İstinadlar
redaktə- ↑ "Maliyyə naziri". 2019-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "Maliyyə naziri". 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- ↑ "S.R.Şərifovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-06.