Serseng Ses - Wikipedia
Sərsəng SES (tam adı: Sərsəng su-elektrik stansiyası) — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində Ağdərə rayonu ərazisində inşa edilmiş su-elektrik stansiyası[1][2][3].
Sərsəng SES | |
---|---|
Sərsəng su-elektrik stansiyası | |
Ümumi məlumatlar | |
Çay | Tərtərçay |
Sahibi | Azərenerji |
Status | Qəzalı |
Tikilmə tarixi | 1976 |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 90 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 50 MVt |
Avadanlıq xüsusiyyətləri | |
Turbin tipi | Hidroaqreqat |
Əsas qurğular | |
Bənd tipi | Torpaq |
Bəndin hündürlüyü | 125 m |
Bəndin eni | 550 m |
Yerləşməsi | |
40°10′53″ şm. e. 46°37′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Rayon | |
Yer | Tərtər rayonu |
|
|
Azərbaycan Ağdərə üçün xəritə mövcud deyil. |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su-elektrik stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılmışdır. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulmuşdur. Bəndinin hündürlüyü 125 m, uzunluğu 600 m-dir. Bənd Sərsəng su anbarını əmələ gətirmişdir.
Vəziyyəti
redaktəSərsəng Azərbaycanda bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı ərazilərin işğalından öncə respublikanın 7 rayonunun (Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ərazilərin işğalından (1993) sonra anbarın suyunun istifadəsinin mümkün olmaması nəticəsində kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur.
1993–2023-cü illərdə işğal dövründə 30 il ərzində anbara və onun qurğularına uzun müddətdir ki, yetərli kompleks texniki xidmət göstərilmədiyi üçün anbarın texniki təhlükəsizlik baxımından qənaətbəxş olmadığı ehtimal olunur. Sərsəng su anbarı işğal olunmuş ərazidə yerləşdiyindən onun bəndinin qəza və ya təxribat nəticəsində dağılması anbardan aşağıda yerləşən yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır:
Tərtər rayonunun bir çox kəndləri (Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Yenidaşkənd, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şıxarx qəsəbəsi, Suqovuşan[5], Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında qala bilər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Тертер, Словари и энциклопедии на Академике (rus.)". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
- ↑ "Сарсангское водохранилище, Словари и энциклопедии на Академике (rus.)". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
- ↑ "Сарсангская ГЭС - Azerbaijan / Terter / Agdere /". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
- ↑ "Sərsəng su anbarının bəndinin dağılma təhlükəsi". 2014-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
- ↑ "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında haqqında Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
- Photogallery — Serseng HPP
- Sərsəng SES-də Arxivləşdirilib 2015-03-21 at the Wayback Machine
- Azərbaycanın çayları, gölləri və su anbarları Arxivləşdirilib 2014-10-17 at the Wayback Machine
- КЛЕЩЕВНИКОВ ВАЛЕРИЙ КУЗЬМИЧ -Начальник сектора шеф-надзора за изготовлением и монтажом гидротурбинного оборудования — Участвовал в проектах по гидротурбинам и гидрозатворам Тертерская ГЭС (Азербайджан)
- Проектная деятельность — Запорожгидросталь 13.6 …. Тертерская ГЭС-1 Водоприемник (Азербайджан). Arxivləşdirilib 2014-06-23 at the Wayback Machine