Senet - Wikipedia
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir.
Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu.
Peşə və ixtisaslar, onların seçimi
redaktəHər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir. Bu sahədə yaradıcılıq, ixtiraçılıq, texniki fantaziya yeni əmək məhsulları və ya yeni iş üsulları formalaşdıra bilər.
İstənilən işdə müvəffəqiyyət ümumi və xüsusi qabiliyyətlərin qarşılıqlı sintezi zamanı mümkündür. İnsan qabiliyyətləri anadangəlmə, fitri olmur, sadəcə bu qabiliyyətlərin müəyyən rüşeymləri olur. Fizioloji xüsusiyyətlər (bu xüsusiyyətlər də müxtəlif olur) qabiliyyətin inkişafı üçün ilkin, təbii özül rolunu oynayır. Hər bir şəxs məşğul olduğu fəaliyyət sahəsinin konkret tələblərindən asılı olaraq, fizioloji xüsusiyyətlər əsasında qabiliyyətini inkişaf etdirə bilər. Müəyyən fəaliyyət sahəsində qabiliyyət təzahür və inkişaf edir, formalaşır. Belə ki, çayın sahilində dayanmaqla üzməyi öyrənmək olmaz. Həyatda qabiliyyətsiz insan yoxdur, hər bir insan müəyyən bir qabiliyyətə malikdir. Lakin nəzərə almaq lazımdırdır ki, bəzi peşə və ya ixtisasın özü, sağlamlıq və sairə baxımından insan üçün yarasız da ola bilər.
Hər bir şəxsin, xüsusilə gənclərin peşə və ya ixtisas seçimində diqqətli olmaları, şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, fizioloji xüsusiyyətlərini araşdırmaqla seçim aparmaları məsləhətdir ki, gələcəkdə peşmançılıq hissi keçirməsinlər.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- http://sm.azersayt.com/ Arxivləşdirilib 2009-05-01 at the Wayback Machine