Semaye Sadiqova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa.
Səmayə Sadıqova | |
---|---|
Səmayə Seyfulla qızı Sadıqova | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Həyatı
redaktəSəmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir.
Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Əsas rolları
redaktəSumqayıt Dövlət Dram Teatrı
- Adamın adamı (Anar) — Süsən
- Mehrişah (O.Məmmədov) — Mehrişah
- Oqtay Eloğlu (C.Cabbarlı) — Sevər
- Park (R.İbrahimbəyov) — Vika
- Təhminə və Zaur (Anar) — Təhminə
- Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma
- Şah İsmayıl (Kərimzadə) — Aləmşahbəyim
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
- Özümüz bilərik (S.Qurbanov) — Ceyran
- Hərənin öz ulduzu (İ.Məlikzadə) — Məleykə
- Qızıl toy (R.Heydər) — Əcnəbi qız
Bakı Bələdiyyə Teatrı
- Tənha qadınlar (Ə.Nesin) — Diha
- Müsyo Jordan və Dərvişi Məstəli şah (M.F.Axundov) — Xanpəri
- Dönüş (C.Cabbarlı) — Turac
- Ölülər (C.Məmmədquluzadə) — Kəblə Fatma
- Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — şəhid anası
- Unutqanlıq qorxunc bəladır (Ə.Əliyev) — ana
- Cırtdan, Məlikməmməd və üç gözəl (nağəl-tamaşa) — küpəgirən qarı
- Elektra (Sofokl) — qadın
- Dəli Domrul (A.Məmmədov) — ağı deyən
- Yalan (S.Rəhman) — Tərlan xanım