Sefiyeddin Qazi Isa - Wikipedia
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair.
Qazı İsa Savəci | |
---|---|
Səfiəddin Qazı İsa Şirullah Məhəmməd oğlu Savəci fars. قاضی عیسی ساوجی | |
Doğum tarixi | 1436 |
Doğum yeri | Savə, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Qarabağ |
Vəfat səbəbi | edam |
Fəaliyyəti | şair |
Həyatı
redaktəSəfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu.
"Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir.
Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı. Onun razılığı olmadan heç bir dini, yaxud dövlət işi həll oluna bilməzdi. Əlahəzrətin (Sultan Yaqubun – Ə. Ç.) ona münasibətini görən adamların heç biri, heç bir məsələni əvvəlcə qazıya təqdim etmədən həll edə bilməzdi. Buna görə də bütün şahzadələr, əmirlər, qazilər, vəzirlər və əyanlar tamamilə ondan asılı idilər. Zəngin və məşhur adamlar onu salamlamaq, ya da diqqətinə yetməkdən ötrü onun qapısı önündə yığılıb gözləyirdilər. O, nəfsani fəzilətlərə bəzənən bir adam idi və dinin möhkəmlənməsi yolunda nə hökmdarlardan, nə də fırıldaqçı adamlardan (mütəqəllib) qorxub çəkinmirdi. O, Peyğəmbərin din bağçasını bəzəmək istəyirdi. Onun ən əsas məqsədi Çingiz xan yasalarının (qanunlarının) qaranlıq pərdəsi altında gizlənən mülkü işləri (ümüri-mülki) qaydaya salmaq idi. Həqiqətən də din çiçəkləndi, qazının məsləhəti ilə üləmalar və ləyaqət sahibləri 1000 tümən və daha artıq məbləğ pul ilə mükafatlandırıldılar ki, əlahəzrət həmin pulu onlara soyurqal şəklində verirdi… Bu hal 894-cü ilin səfər ayının başlanğıcına qədər (yanvar 1489) davam etdi və Qaraağac qışlağında qazının hakimiyyəti təxminən hökmdarın səlahiyyətinə yaxınlaşdı".
Sultan Yaqub Təbriz şəhərində Misir və Osmanlı elçilərini qəbul edərkən məclisə qızıl işləməli qaftanla gəlir. Ondan sonra mərasim salonuna daxil olan Qazı İsa Əmir Siracəddinə sultanın qaftanının dəyişilməsini istəyir: "Kişi qızıldan libas geyməz".[1]
Hörməti ilə bərabər əldə etdiyi güc və məqam üçün doğru şəxs olmadığı bir çox kəsim tərəfindən dartışılmış daha da irəli gedilərək şikayətlərə səbəb olmuşdur. Xüsusilə əvvəllərdə Türkman üləmanın təpkisi ilə qarşı qarşıya qalmışdır. Türkman üləmasından 30–40 məvali Sultan Yaqubun yanına gedərək "Biz Farsi bilməsüz, sədr olan Qazı İsa Türki bilməz" deyərək Qazı İsa əs-Savəcinin Türkcə bilməməsindən dolayı vəzifədən çıxarılmasını istemişdilər. Ancaq Qazı əs-Savəci sarayda təsirli və sayğınlığı olan Gülşəninin dəstəyi ilə yanına Türkcə bilən katib verilərək vəzifəyə təyin edilmişdir.[2]
Ağqoyunlu əmir, əyan və əşraflarının bəziləri Qazı İsa Savəcinin dövlət təyinatlarına qarışmasının qəbul edə bilmirdilər. Bir çox təyinatda qazının siyasi iradəsi üstün gəlmişdi. Mühyi Gülşəni öz əsərində bu barədə qeyd edir. Sultan Yaqubun qaynatası və lələsi Süleyman bəylə qazı arasında mübahisə çıxmışdı. Şahvəli bəy və Əmir İlyası Diyarbəkrə hakim təyinatı ortalığa çıxanda qazı qanını qaşığa qoymuşdu ki, Şahvəli bəy bu vəzifəyə təyin olunmasın. Şahvəli bəyi dəstəkləyən vəziri-əzəm Süleyman bəy divanda sitəm etmişdi: "Vəziri-əzəmin hörməti bir molla qədər deyildir". Bu sözdən sonra mübahisə daha da kəskinləşmiş, divan on iki gün bağlı qalmışdı[3].
Reformasiyası
redaktəFəzlullah ibn Ruzbehan Xunci yazır ki, Qazi Isa Sədr istəyirdi ki, qanuni maliyyə tədbirləri həyata keçirməklə tamğa adlı ticarət vergisini aradan qaldırsın, alış-veriş əməliyyatları genişlənsin, xəzinəyə gəlir gətirən mənbələr çoxalsın, "mal qapıları" (əbvab əlmal) açılsın.
Yaqub bəyin vəziri olan Qazı İsa Savəcinin tövsiyəsi ilə, üləma və hörmətə layiq olan bilginlərə də soyurqallar verilməyə başlanılmışdır. Ancağ bəzi şəxsiyətlərin bu cür imtiyazları qəbul etmədikləri də görünür. Sultan Yaqub bəy, Qazı İsanın qardaşı olan Əli əfəndinin tövsiyəsi üzərinə dönəmin tanınmış şeyxlərindən olan Gülşəniyə, Bərdə ətrafında arxlardan hər nə qədər qəbul üdərsə, özünə soyurgal olaraq verilməsini əmr edir. Ancaq, bütün israrlara baxmayaraq Gülşəni, verilmək istəlinən soyurgalları qəbul etməmişdir. Qazı İsanın soyurgalları qaldırma girişimi: Sultan Yaqub bəyin vəzirlərinin, Əmir Teymur zamanından bəri verilən soyurgalların xəzinəyə böyük faizlə zərər verdiyini sultana ərz etmələrinə görə, Sultan Yaqub bəy soyurgalların ləğvi üçün fərmanlar yazılmasını əmr etmişdir. Ancaq bu qərara bir çox əmir və əyanlar tərəfındən etirazlar gəlmişdi. Qazı İsa və Ağqoyunli şeyxlərindən Gülşəni arasında aparılan müzakirədə Gülşəni, Qazı İsaya Sultan Uzun Həsən bəy zamanında da belə vaqiələrin olduğunu bildirmiş və Sultan Yaqub bəyə bir məktub göndərərək, daha öncəki sultanların seyyidlərə və üləmaya vermiş olduğu soyurgalların ləğv edilməsinin doğru olmadığını bildirmişdir. Buna görə Sultan Yaqub bəy, yazılan fərmanların ləğv edilməsini əmr edərək, bu zümrələrin soyurgallarının özlərinə qaytarılmasını əmr etmişdir.
Ancaq soyurgalların digər zümrələrin əllərindən alınması davam etmişdir.
Bu fəaliyyətə də, Sultan Yaqub bəy üzərində bir təsirə sahib olan saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xunci şiddətlə qarşı çıxmışdır. Bununla birlikdə, Qazı İsanın soyurqallarla bağlı reformu haqqında ən çox bilgini də o vermişdi. Fəzlullaha görə Qazı İsa, əslındə insani fəzilətləri olan dəyərli bir insandı.
Din işlərinin İslam hüququna görə uygulanması üçün çox əmək sərf etmiş, onun zəhməti və tövsiyəsi ilə alimlərə və fazillərə, sultanın da uyğun görməsiylə 1.000 tümənlik soyurqallar verilmişdi. Qazının ona etmiş olduğu yaxşılıqları də əsla unutmayacağını, ancaq özünün yazdıqlarının sadəcə gerçəklərdən ibarət olduğunu bildirmiş və Qazı İsanın başda bu qədər fəzilətli və xeyrxah biriykən, sonradan bir çox yanlış işə və pisliklərə bulaşdığını açıqlamış və bu şəkildə Qazı İsanı tənqid etmişdir.[4]
Fəzlullah ibn Ruzbehan Xunci hər nə qədər soyurqalların qaldırılmaması üçün əmək sərf etmişsə də, soyurqalların dövlətə gətirmiş olduğu ağır mali itkiləri görən və bu məsələdə reform etməyi düşünən Qazı İsa, onun bu sahədəki nəticələrini bəyənməyib. Qazı İsa, düşüncəsində olan reformları gerçəkləşdirmək üçün fəaliyətə keçərək, ilk başda divan vəziri və müşrifi Şah Şərəfəddin Mahmud Deyləmini təyin etmişdi. Ayrıca, qardaşı İmaməddin Şəyx Əli əfəndini də özünə vəkil olaraq Şah Şərəfəddin Mahmuda qoşmuşdu.[5]
Qazı İsa, Fars və İraq işləri ilə ilgili böyük səlahiyyətlər verdiyi Şeyx Əli üçün bir səltanət nişanı (tuğrası) yazıb, vəzir Şərəfəddin Mahmud üçün də Sultandan səlahiyyət bildirən bir fərman alır. Rəbiüləvvəl 894/5 fevral 1489-cu ildə, Şah Mahmud Deyləmi və Şeyx Əli, qışlaqdan ayrılaraq ilk duraqları olan Ordubazar yörəsinə varıb Iraq və Fars bölgələrinə bukavullar göndərərək, buralardaki bütün soyurqalların dondurulduğunu (İsfahani: 364; Minorsky, 1957: 94; Minorsky XIV 1955: 453) və Divandan gələcək əminlərin bölgədəki hər qarış torpağı ölçənə qədər kimsənin hər hanki bir ödəmə etməməsini elan edərlər.[6]
Fəzlullah, soyurqalları dondurmağa təyin etdiyi bukavulların aldıqları əmr gərəyincə, Fars və İraqa çataraq hər bölgədə zalimca ölçdüklərini və Sultanın adamları gəlmədən öncə ölçüm işinin bitirilməsinə çalışdıqlarını bildirir.[7]
Fəqət, bu sırada Sultan Yaqub bəyin ölməsinə görə[8], soyurqalların qaldırılması sona çatmışdır. Ayrıca bu iş için təyin edilmiş olan Xoca Şeyx Əli, Şiraz hakiminin əlindən bir çox işkəncələrə məruz qalmış; zincirlərə vurularaq malı-mülkü yağmalanmış sonunda da Təbrizdə müxtəlif işkəncələrlə öldürülmüşdür.[9] Lakin onun istəkləri həyata keçmədi və o Qarabağda olarkən vəkil Sufi Xəlil bəy Mosullu-Türkman tərəfindən öldürüldü.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Əl-Hüseyni Xandmir, Tarix-i Həbibü‘s-Siyər, s.432
- ↑ Muhyî-yi, Gülşenî, Menâkıb-ı İbrâhim-i Gülşenî, haz. Mustafa Koç, Eyyüp Tanrıverdi, Bilnet Matbaacılık, İstanbul, 2014. s.82
- ↑ Muhyî-yî Gülşenî, Menâkıb-ı İbrâhîm Gülşenî, nşr. Tahsin Yazıcı, TTK, Ankara, 1982, s.107–108
- ↑ İsfahani 1992: 356–357; Minorsky 1957: 92; Minorsky XIV 1955: 99.
- ↑ İsfahani: 358–357; Minorsky 1957: 93; Minorsky XIV 1955: 452.
- ↑ İsfahani: 364–365-366; Minorsky 1953: 453; Kanat LXII 1999: 868.
- ↑ İsfahani: 367; Minorsky 1957: 96; Minorsky 1953: 453.
- ↑ Azzavi III 1939: 276
- ↑ İsfahani: 373; Minorsky 1957: 98.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Səfiəddin Qazı İsa Savəci. "Soy" dərgisi, 12 (20), 2008. səh.63–64.