Sefevi Imperiyasinin Mudafie Divarlari - Wikipedia
Səfəvi imperiyasının müdafiə divarları dövlətin şəhərsalma, orduda odlu silahlardan istifadə olunma prinsiplərinə görə az sayda idi. Müdafiə tikililəri funskiyasını daha çox şəhər qalaları yerinə yetirməkdəydi. Bu qalalar şəhərə hücum olacağı təqdirdə müdafiəni düzgün təşkil etməyə xidmət etməklə birlikdə, şəhərdə yaşayanlar üçün sığınacaq funskiyasını yerinə yetirməsi üçün də nəzərdə tutulmuşdu.[1][1]
Səfəvi imperiyası dövrü onun idarə etdiyi ölkələrdə müdafiə tikililərinin sayının azaldığı dövrdür. Tarixçi Rudi Mattheeyə görə, bunun səbəbləri qismən mərkəzi müdafiə sistemi qavramının olmaması, yerli özünüidarə etmə sisteminin zəif inkişafı və bəzi nümunələrdə bərpa işlərinin zəif olması idi.[1] Məsələn, I Abbas (1587-1629) dövləti mərkəzləşdirmək və güclü hakimiyyət qurmaq üçün iç bölgələrdəki istehkamların bir hissəsinin uçurulması əmrini də vermişdi. Bunu etməyinin səbəblərindən biri Osmanlı imperiyasının həmişə möhkəmləndirilmiş qalaya sahib şəhər və qəsəbələrə hücum edir kimi düşüncələr idi. Həmçinin ölkənin daxilində yerləşən və yerli hakimlər tərəfindən idarə olunan qalaların sökülməsi ilə onların mərkəzi hakimiyyətə qarşı mümkün üsyanların da müdafiə qabiliyyətlərini zəiflətmək idi.[1] Bu dağıdılan qalaların ümumi xüsusiyyəti çox zaman xarici müdafiə xətlərində yerləşməmələri idi.[1]
Növləri, yerləri və kontekstləri
redaktəSəfəvi imperiyasında müdafiə divarları ilə bağlı hesabatlar ziddiyyətlə və qeyri-müəyyəndir.[2] Bundan başqa, divarların fərqli məqsədlərə xidmət etməsinə görə də işlər bir xeyli qəlizləşir. Tarixçi Rudi Mathhenin də bildirdiyi kimi, "divar" sözü qeyri-müəyyəndir və bu söz daxilində gücləndirilmiş istehkamlardan, kənd təsərrüfatı ərazilərinin, şəhərlərin bağçalarının əhatə edən divarlara qədər fərqli məfhumları özündə ehtiva edə bilər.[2] Əlavə problem ondan ibarətdir ki, şəhərləri əhatə edən ümumi qalalarla ümumi divarla arasındakı fərq aşkar deyildir.[3] Gücləndirilmiş bölgələr xüsusən ordularında geniş şəkildə artilleriya qüvvələrindən istifadə edən dövlətlərlə həmsərhəd bölgələrdə təşkil edilirdi.[4] Belə bölgələr şimal sərhədini təşkil edən Dərbənd, şərqdə Böyük Moğollarla sərhəddə yerləşən Qəndəhar şəhərləri idi.[4] Səfəvi imperiyasında gücləndirilmiş kəndlərin olduğu da mübahisəsizdir.[4]
İmperiyanın şərq sərhədlərindəki bölgələri ziyarət edən bir çox avropalı səyahətçi şəhərlərin çoxunun divarlarla əhatələnmədiyini bildirmişdir.[5] Avropadan fərqli olan bu hal Səfəvi imperiyasında adi hallardan biri idi. Həmçinin, bir çox imperiya bölgələri Səfəvi imperiyasının yaranmadığı dövrlərdə artıq divala əhatələnmişdi. Nəzərə almaq lazımdır ki, keçən 200 il boyunca bir çox şəhər ya heç dəyişməmiş, ya da heç dəyişməmişdi.[5] Bu kateqoriyaya uyğun gələn şəhərlər şimalda Dərbənd, habelə şərqdə Herat və Qəndəhar idi.[6] Məşhəd şəhərinin istehkamları barədə olan məlumatla isə azdır. XVII əsrdən məlum olan güclü və hündür müdafiə divarları mümkündür ki, `1500-cü illərdə salınmış olsun.[7]
Nisbətən daha sabitlik dövrü kimi xarakterizə olunan I Abbas dövründə Səfəvi imperiyası dövlətin mərkəzi bölgələrindəki istehkamlara daha az diqqət ayırmağa başladılar.[8] Bunun əvəzində isə, dövlətin sərhədlərindəki bölgələrdə müdafiə qabiliyyətini yüksəltmək üçün strateji obyektlər tikintisini daha da artırdılar. Bu xüsusiyyəti ilə Səfəvi imperiyası mərkəzi torpaqlarında istehkam tikməyib, ucqarlarda qalalar tikən Roma imperiyasına bənzəməkdədir.[9]
1675-ci ildə I Süleyman Tiflis ətrafında divar tikdirmişdir.[10]
Səfəvi imperiyasının düşmənlərindən az bir qismi odlu silahdan istifadə edirdi, onlardan daha da azı isə, bu odlu silahdan effektiv istifadə etməyi bacarırdı. Səfəvilər də öz növbələrində şəhər ətraflarında müdafiə divarları tikməyə o qədər də hazır deyildilər.[9] Bu hal xüsusən imperiyanın şərq sərhədlərinə aid idi. Vaxtaşırı olaraq buradakı Səfəvi mülklərinə hücum edən köçərilər bir qayda olaraq ənənəvi silahdan istifadə edirdilər.[9] Həmçinin bu bölgədəki Səfəvi düşmənlərinin əlinə odlu silahlar da gec dönəmdə keçmişdir. Bundan fərqli olaraq, Səfəvi imperiyasının çöküşündə xüsusi rol oynamış əfqan tayfaları odlu silahlardan istifadə edirdilər. Lakin onlar da bu işdə Səfəvi ordusu kimi o qədər də bacarıqlı deyildilər. Bu bacarıqsızlıq özünü xüsusən mühasirə döyüşlərində göstərirdi.[9]
XV-XVII əsrlərdəki şəhərlər və qalalar
redaktəMattheyə görə Səfəvi imperiyasında yerləşən xüsusi şəhərlər və onların müdafiə divarları:[4]
Şəhər | XV əsrin sonu | XVI əsrin əvvəlləri | XVI əsrin sonları | XVII əsrin əvvəlləri | XVII əsrin sonları |
---|---|---|---|---|---|
Təbriz | Bəli (pis görünüşlü) | Bilinməyir | - | - | Bilinməyir |
Şamaxı | - | - | Var | Qismən dağıdılmış | Qismən dağıdılmış |
Dərbənd | var | Var | - | - | Var |
Ərdəbil | - | - | - | Yoxdur | - |
Rəşt | - | - | - | - | Yoxdur |
Fərəhabad | - | - | - | Yoxdur | - |
Zəncan | - | - | - | Yoxdur | - |
Tehran | - | - | - | Var | - |
Qəzvin | - | - | - | Yoxdur | Dağıdılmış |
Savə | - | - | - | - | Baxımsız |
Qum | Var | - | - | Yoxdur | Dağıdılmış |
Kaşan | Var | Var | Var (zəif) | - | Qismən dağıdılmış |
İsfahan | - | Var | Var (zəif) | - | Var (zəif) |
Şiraz | - | Qismən | - | Yoxdur | Yoxdur |
Yəzd | Var | - | - | - | - |
Lar | - | Var | - | Yoxdur | Yoxdur |
Məşhəd | Var | - | - | - | Var |
Herat | Var | - | - | - | - |
Bəlx | - | Var | - | - | - |
Qəndəhar | - | Var | - | Var | - |
Qiymətləndirmə
redaktəSəfəvi hökmdarları nə Osmanlı kimi Avropa dövlətləri ilə aparmalı olduqları rəqabətdən qaynaqlanan, nə də Rusiya kimi 1630-cu illərdə Smolensk müharibəsi nəticəsində yenidən qurmağa məcbur olduqları müdafiə strategiyalarını təkmilləşdirmə məcburiyyəti hiss etməmişdilər.[9] Osmanlı imperiyası döyüş üsullarında Avropa nümunəsini qəbul etməyə məcbur olarkən, Rusiya da odlu silah modelini öz ordusuna tamamilə yeridmişdi. Səfəvi imperiyasındakı vəziyyət isə tamamilə fərqli idi. Bunu Mathee belə izah edir:
Siyasi, sosial və maddi amillərin qarşılıqlı təsiri oxşar inqilabı lazımsız və buna görə də bəlkə də qeyri-mümkün etdi. Bunun səbəbləri Səfəvilərlə olduğu kimi düşmənləri ilə də bağlı idi. İranın “hərbi inqilabı” yarımçıq qalmışdı; o, I Şah Abbasın və onun xələflərinin mütləqiyyətini gücləndirdi, lakin Səfəvilərin siyasi və ictimai quruluşunda köklü dəyişikliklərə nail ola bilmədi.[9] |
Beləliklə, müdafiə divarları heç vaxt Səfəvilərin şəhər və qəsəbələrin salınması siyasəti ilə bağlı əsas dayağa, top və odlu silahlar isə Səfəvi ordusunun əsas hissələrinə çevrilməmişdir.[11]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Matthee, 1996. səh. 409
- ↑ 1 2 Matthee, 1996. səh. 398
- ↑ Matthee, 1996. səh. 398-399
- ↑ 1 2 3 4 Matthee, 1996. səh. 399
- ↑ 1 2 Matthee, 1996. səh. 396
- ↑ Matthee, 1996. səh. 396-397
- ↑ Matthee, 1996. səh. 397
- ↑ Matthee, 1996. səh. 409-410
- ↑ 1 2 3 4 5 6 Matthee, 1996. səh. 410
- ↑ Rayfield, 2012. səh. 211
- ↑ Matthee, 1996. səh. 408-410
Mənbə
redaktə- Matthee, Rudi. Unwalled Cities and Restless Nomads: Firearms and Artillery in Safavid Iran // Melville, Charles (redaktor). Safavid Persia: The History and Politics of an Islamic Society. I.B. Tauris & Co Ltd. 1996.
- Rayfield, Donald. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012.