Sederek Qalasi - Wikipedia
Sədərək qalası — Sədərək rayonu ərazisində, Sədərək qəsəbəsinin cənubunda, Araz çayına doğru uzanan Vəlidağın cənub – qərb silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrlərinə aid (e.ə. V–IV minilliklər) qala – şəhər.
Sədərək qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Sədərək rayonu |
Yerləşir | Sədərək qəsəbəsi |
Tikilmə tarixi | e.ə. V—IV minilliklər |
İstinad nöm. | 1957 |
Kateqoriya | yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Tədqiqi
redaktəAbidə 2001-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala–şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu–Sədərək–Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı.
Qala divarı boyunca bir neçə yerdə daş tikinti qalıqları və zəngin mədəni təbəqə vardır. Buradan e.ə. II minilliyin II yarısı – I minilliyin əvvəllərinə aid boz, qara və açıq çəhrayı rəngli gil qab qırıqları və obsidian lövhələr əldə edilmişdir.[1]
Memarlıq xüsusiyyətləri
redaktəDağın cənub, şərq və qərb ətəklərindən aşağı terraslarda buraya çıxmaq mümkün olan bütün keçidlərin qarşısını kəsən 2,5 metr enində siklop tipli möhtəşəm müdafiə səddi ucaldılmışdır. Həmin möhtəşəm sədd 1,5 – 2 metr hündürlüyündə salamat qalmışdır. Səddin cənub – qərb hissəsində enin 5 metr olan giriş qapısı var. Girişin hər iki tərəfindən içəriyə doğru 3 metr uzunluğunda konturfors divarlar hörülmüşdür.
Vəlidağ üzərində 40 hektara yaxın yamaclı sahə çoxbucaqlı plana malik möhtəşəm qala divarları ilə əhatələnmişdir. Dağın hündür yerində divarlar boyunca dairəvi və düzbucaqlı bürclər — gözətçi qüllələri, daxili terraslarda isə dördkünc binalar inşa edilmişdir. Qala şəhərin müdafiə sistemi qədim Naxçıvan qalatikmə memarlığı üçün səciyyəvi olan üslubda inşa edilmişdir. İri həcmli qara mərmər bloklar hörgüdə kənar cərgələrdə düzülmüş, aralarındakı boşluq isə xüsusi memarlıq üslubunda orta və xırda həcmli qaya parçaları ilə doldurulmuş, istehkamların inşasında bərkidici məhluldan – palçıqdan istifadə edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.
- ↑ AMEA, Naxçıvan Abidələri Ensiklopediyası, Bakı, 2008