Ricard Kozlaric - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Riçard Kozlariç (1944) — ABŞ-nin Azərbaycandakı səfiri (1994–1997).
Riçard Kozlariç | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1944 |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRiçard Kozlariç 1944-cü ildə doğulub. İqtisadiiyyat elmləri üzrə magitsr dərəcəsi alandan sonra, gələcək 32 illik diplolmatik fəaliyyətinin ilk illərində ABŞ-nin Toqo, Efiopiya və İsraildəki səfirliklərində işləyib. Bundan sonra R. Kozlariç ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes Məsələləri Bürosunda çalışıb.
Sonrakı illərdə Dövlət Departamentində qlobal və beynəlxalq iqtisadi məsələlərlə məşğul olan planlaşdırıcı qrupun direktor müavini, ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi vəzifələrində işləyib. 1991-ci ildən 1993-cü ilədək ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavininin köməkçisi olub. Bu illərdə R. Kozlariç həmçinin Dövlət Departamentinin Avropa Məsələləri üzrə Bürosunda çalışıb və keçmiş sovet respublikaları ilə münasibətlərə görə məsul şəxs olub. 1993–1994-cü illərdə dövlət katbinin müavini və ABŞ prezidentinin MDB üzrə xüsusi nümayəndəsi, eyni zamanda Qafqazdakı münaqişələrin həlli üzrə məsul şəxs olub. 1994–1997-ci illərdə ABŞ-nin Azərbaycanda səfiri vəzifəsində çalışıb. 1997–1999-cu illərdə isə R. Kozlariç ABŞ-nin Bosniya və Herseqovinada səfiri işləyib. 1999-cu ildə təqaüdə çıxıb. Hazırda ABŞ Sülh İnstitutunun müsəlman dünyası üzrə xüsusi təşəbbüslər bölməsinin direktorudur.