Revilyahihedo Adasi - Wikipedia
Revilyahihedo adası (ing. Revillagigedo Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Revilyahihedo adası | |
---|---|
ing. Revillagigedo Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2755 km² |
Uzunluğu |
|
Eni | 56.327,04 m |
Hündür nöqtəsi | 1321 m |
Əhalisi | 13.950 nəfər (2000-ci il) |
Yerləşməsi | |
55°40′ şm. e. 131°20′ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəAdanın uzunluğu 89 km, eni 48 km və 2755 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 12-ci və dünyanın 166-cı ən böyük adasıdır. Yaxın adalara olan məsafə:
- materikə (şərqdə) - Behm Kanalı boğazının ən dar hissəsində təxminən 1,5 kilometr.
- Qravina adasına (cənub-qərbdə) - təxminən 300 metr.
- Annett adasına (cənub) - Revillahihedo kanalının ən dar hissəsində təxminən 1,2 kilometr.
Tarix
redaktəAda 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir. Adını ingilis səyyahı Corc Vankuver 1789-1794-cü illərdə Yeni İspaniyanın qrafı Xuan Visente de Quemesin (II Revilyahihedo) şərəfinə qoymuşdur.
Əhali
redaktə2000-ci il siyahıyaalınmasına görə, adada 13.950 nəfər yaşayırdı. Onların böyük əksəriyyəti Keçingen (13.025 nəfər[1]) və Saksman (431 nəfər) şəhərlərində yaşayır. Hər iki yaşayış məntəqəsi ölkənin cənub hissəsində, bir-birindən təxminən 4 kilometr aralıda yerləşir.
İqtisadiyyat
redaktəAdanın sakinlərinin əsas məşğuliyyəti balıqçılıq (Ketçiken digər xüsusiyyətləri ilə birlikdə “Dünya qızılbalığının paytaxtı” adlanır), ağac emalı və konserv istehsalıdır.
Ketçiken hava limanı qonşu Qravina adasında fəaliyyət göstərir.
Faktlar
redaktə- 1953-cü ildə yüz gün dayanmayan adada yağış yağmışdır. Adanın əsas şəhərinin ləqəblərindən biri də “Yağışlar paytaxtı”dır[2].
- 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır. Ayrılan pullar yoxa çıxır. Layihə qeyri-rəsmi "Heç yerə getməyən körpü" adını alır[3][4].
İstinadlar
redaktə- ↑ Мишель Жюрни, Майк Миллер. «Alaska’s Southeast: Touring the Inside Passage Arxivləşdirilib 2014-08-19 at the Wayback Machine» (2008), изд. Globe Pequot, стр. 141—142 ISBN 978-0-7627-4535-7
- ↑ "Самый долгий дождь на Земле". 2018-06-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ "Webliography: «The Bridge to Nowhere»". 2008-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ "Евгений Бай. Аризонский маятник" (rus).[ölü keçid]
Mənbə
redaktə- Туристическая карта острова
- "Подробная карта южной части острова" (PDF). 2012-07-30 tarixində arxivləşdirilib (PDF).
- "График приливов и отливов". 2015-06-04 tarixində arxivləşdirilib.
- Сборник литературы
- Elmi