Regional Reaktiv Teyyare - Wikipedia
Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) — sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxa bilən bir təyyarədir.[1][2] İlk dəfə 1978-ci ildə ortaya çıxmışdır. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır.[3][4] Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BAE Systems, Bombardier, Canadair, Embraer, Suxoy və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir.[5]
Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır.[6][7] Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur.[8] Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər.[9] Qalxma və sürətdə çox böyük performansa malikdirlər.[10][11]
Bu tip təyyarəyə xalq dilində Dolmuş tipli reaktiv və ya Mini reaktiv təyyarə deyilir.[12]
İstinadlar
redaktə- ↑ "eCFR — Code of Federal Regulations: Title 14, §121.391 Flight attendants".
- ↑ "Minimum required cabin crew". European Union Aviation Safety Agency. 3 Jul 2007.
- ↑ "Orders and Deliveries Embraer". August 3, 2023. İstifadə tarixi: July 15, 2024.
- ↑ "Embraer ERJ-135 600/650, Embraer ERJ-145 production list". Rzjets.
- ↑ Tamilla Curtis; Dawna L. Rhoades; Blaise P. Waguespack Jr. "Regional Jet Aircraft Competitiveness: Challenges and Opportunities". World Review of Entrepreneurship, Management and Sustainable Development. Embry-Riddle Aeronautical University. 9 (3). 2013: 307. doi:10.1504/WREMSD.2013.054736.
- ↑ Craig Hoyle. "World airliner directory – Mainliners". Flight Global. 6 Nov 2018.
- ↑ "Boeing Forecasts Challenging Near-Term Aerospace Market with Resilience in Long Term" (Press-reliz). Boeing. Oct 6, 2020.
- ↑ Craig Hoyle. "World airliner directory – Regionals". Flight Global. 9 Nov 2018.
- ↑ Edward Russell. "Are US airlines at their next scope crossroads?". Flightglobal. 20 March 2018.
- ↑ "Improvement in aircraft noise performance has occurred over time". European Aviation Environmental Report. EASA.
- ↑ "Essential Air Service". US Department of Transportation. 4 Nov 2024.
- ↑ Hemmerdinger, Jon. "Mitsubishi's SpaceJet seen as riding out coronavirus, arriving upon recovery". Flight Global (ingilis). 10 April 2020.
Xarici keçidlər
redaktə- Mike Lewis. "Regional Aircraft ... The Way Forward" (PDF). Bombardier. Sep 26, 2006.
- "The 50-Seat Jet: A Plane With No Future. Think again!" (PDF). Oliver Wyman. 2010.
- Bombardier. "The Rise and Rise of Regional Aircraft". Aviation Week. Jun 19, 2017.