Rauf Denktas - Wikipedia
Rauf Denktaş (27 yanvar 1924[1], Pafos, Pafos rayonu[d][3] – 13 yanvar 2012[2][1][…], Şimali Nikosiya[3])[4] — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti.
Rauf Denktaş | |
---|---|
türk. Rauf Raif Denktaş | |
| |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Mehmet Əli Tələt |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1924[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 yanvar 2012[2][1][…] (87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Dəfn yeri | |
Partiya | Ulusal Birlik Partisi |
Təhsili | Lincoln's Inn, Hüquq |
Fəaliyyəti | siyasətçi, vəkil |
Atası | Mehmet Raif Denktaş |
Həyat yoldaşı | Aydın Denktaş |
Uşaqları |
Raif Denktaş Münir Denktaş Sərdar Denktaş Dilek Denktaş Değer Denktaş Ender Denktaş |
Dini | sünni islam |
|
|
Təltifləri | |
denktas.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1.5 yaşı olarkən anasını itirib.[5] Atası Mehmet Raif bəydir.[5] Nənə və babası tərəfindən böyüdülərək[5] 1930-cu ildə təhsil üçün İstanbula göndərildi. Arnavutköydə yerləşən ibtidai sinifdən orta məktəbə qədər təhsil verən Fevzi Ati internat məktəbində oxumağa başlayır. Orta məktəbi bitirdikdən sonra Kiprə geri dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazıl Küçüyün ''"Halkın Sesi"'' qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə Lincolns İnn-də hüquq təhsili almaq üçün Birləşmiş Krallığa getdi. 1947-ci ildə adaya geri dönüb hüquqşünaslığa başladı[6][7]. Sonradan prokuror oldu və 1956-cı ildə baş prokuror vəzifəsinə yüksəldi[7].
Siyasi Həyatı
redaktəMübarizə illəri
redaktə27 noyabrın 1948-ci ildə Kipr türklərinin təşkil etdiyi ilk mitinqdə Fazıl Küçük ilə bərabər natiqlik etdi. Xalqa ilk müraciətini də məhz bu münasibətlə və 24 yaşında edib. Türk icmasının iki mühüm adı Faiz Qaymaq və Fazıl Küçük arasında cəmiyyətin maraqlarının naminə vasitəçi rolunu öz üzərinə götürüb. Faiz Kaymakın təklifi və Fazıl Küçükün razılığı ilə Kipr Türk Qurumları Federasiyasının konqresində sədr vəzifəsinə seçildi. Prokuror vəzifəsindən təqaüdə çıxmasına altı ay qalmış, Birləşmiş Krallıq rəhbərliyini zorla razı salaraq vəzifəsindən istefa verib icmanın problemləri ilə məşğul olmağa başladı. 1949-cu ilin yay aylarında hüquqşünaslıq etməyə başladı. Eyni ildə Aydın xanımla ailə qurdu. 1955-ci ildə terrorist bir mənliyə bürünən Enosislə mübarizədə EOKA qarşısında Kipr Türklərinin mübarizəsinə yön verdi. 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verərək dostlarıyla Türk Müqavimət Təşkilatını (TMT) qurdu.
1958-ci ildə yunan dəstələri türk kəndlərinə hücum edəndə türklər bu hadisələrə etiraz etdilər. Zürix-London sazişlərindən öncə Fazıl Küçük ilə birlikdə Ankaraya Xarici İşlər Naziri Fatin Rüştü Zorlu ilə görüşməyə getdi. Məhz bu görüşdə adaya türk əsgərinin göndərilməsi təklifini verdi. 1959-cu il Sürix və London sazişlərinin bağlanmanılmasında və Kipr Cümhuriyyətinin Konstitusiyasının yaradılmasında çox böyük fəaliyyət göstərir. Həmin il Türk Camaat Məclisi üzvlüyü və Türk Camaat İcra Komitəsi rəhbərliyinə seçilir. 16 avqust 1960-cı ildə 650 nəfərlik Türk Alayı Famaqusta limanına gəlir. 1963-cü il hadisələrindən sonra əlaqələrini genişləndirmək üçün Türkiyəyə gedir və əlaqələrini genişləndirdikdən sonra yenidən Kiprə qayıdır və türklərin müqavimət hərəkatını təşkilatlandırmağa başlayır.
1964-cü il London konfransından sonra Makarios tərəfindən istənilməyən adam elan edilir və Kiprə daxil olması qadağan edilir. Gizlicə Erenköyə gələrək mübarizəyə davam edir. 1967-ci ildə gizli şəkildə adaya girmək istəyərkən tutulur. uzun danışıqlar nəticəsində Türkiyəyə təslim edilir. 1968-ci ildə qadağa aradan qaldırıldıqdan sonra yenidən Kiprə qayıdır
Siyasət dönəmi
redaktə1970-ci il seçkilərində Türk Camaat Məclisi rəhbərliyinə seçilir. 1973-cü il 18 fevralda Fazıl Küçükün vəzifəsindən ayrılmasından sonra Kipr Prezidentinin müavini təyin edilir. Bu vəzifədən 28 fevral 1973-cü ildə imtina edir və həmin gün Kipr Türk İdarəetməsinin rəhbəri seçilir. Kipr Hərəkatı nəticəsində 1975-ci il 13 fevralda Kipr Türk Federativ Dövlətinin yaradılmasından sonra prezident və başnazir vəzifələrini həyata keçirir daha sonra isə konstitusiyaya uyğun olaraq 1976-cı ildə keçirilən seçkilərdə prezident seçilir. 1981-ci ildə ikinci dəfə bu vəzifəyə seçilir. 1983-cü il 15 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasından sonra yenidən prezident seçilir. 1990-cı il 22 apreldə keçirilən erkən seçkilərdə ikinci dəfə prezident seçilir. 1995-ci il seçkilərində də prezident seçilir. 2000-ci ildəki seçkilərdə 43,67% fazi səs yığaraq ikinci tura qalır, amma ikinci tura qalan digər namizəd Derviş Eroğlu seçkilərdən uzaqlaşdığı üçün yenə də prezident seçilir[8]. 2004-cü ildə Kofi Annanın Kipr problemi ilə bağlı hazırladığı Annan Planına qarşı çıxır[9]. Plan kiprli türklər tərəfindən qəbul edilsə də, kiprli yunanlar tərəfindən qəbul edilmir. 17 aprel 2005-ci il seçkilərində namizədliyini vermir və 24 aprel 2005-ci ildə vəzifə səlahiyyətlərini Mehmet Ali Talata verir.
Sosial həyatı
redaktəRauf Denktaş siyasi fəaliyyətdən əlavə həm də bir yazar kimi fəaliyyət göstərmişdir. 1985-ci ilin sonlarından ölümünə qədər Yeni Asya Yayınlarında çap edilən kitabları var. Bundan əlavə Rauf Denktaş həm Halkın Sesi qəzetində yazılar yazır, həm də ART kanalında Denktaşın Gündemi adlı veriliş aparırdı.
Vəfatı
redaktə8 yanvar gecəsi orqan çatışmazlığı ilə Yaxın Şərq Universiteti xəstəxanasına aparılan Rauf Denktaş 13 yanvar 2012-ci ildə 88 yaşında vəfat etdi. Vəfatına görə Türkiyə və KKTC-də milli matəm elan edildi.[10]. 17 yanvar 2012 tarixində təşkil edilən dövlət tədbiri vasitəsilə Lefkoşadakı Cümhuriyyət Parkında dəfn edildi.
Kitabları
redaktə- Saadet Sırları (1941)
- Ateşsiz Cehennem (1944)
- Criminal Cases (1953)
- 12'ye 5 Kala (1965)
- Akritas Planı (1972)
- A Short Discourse of Cyprus (1972)
- The Cyprus Problem (1973)
- Cyprus Triangle (1981)
- Gençlerle Başbaşa (1981)
- Kur'ân'dan İlhamlar (1986)
- Gençlere Öğütler (1988)
- İmtihan Dünyası
- Yarınlar İçin
- Kıbrıs Girit Olmasın
- A Handbook of Criminal Cases, 1955
- Cyprus Problem in a Nutshell, 1983
- Kadın ve Dünya — Woman and The World, 1985
- UN Speeches on Cyprus, 1986
- Seçenekler ve Kıbrıs Türkleri — The Options and The Turkish Cypriots, 1986
- Cyprus, An Indictment and Defence, 1987
- The Cyprus Problem 23rd Year, 1987
- My Vision for Cyprus, 1988
- Atatürk, Din ve Laiklik — Atatürk, Religion and Laïcité, 1989
- Kıbrıs'ta Bitmeyen Kavga — The Unending Fight in Cyprus, 1991
- Kıbrıs Davamız — Our Cyprus Issue, 1991
- İlk Altı Ay — The First Six Months, 1991
- What is the Cyprus Problem, 1991
- A Challenge on Cyprus, 1990–91
- Denktaş As A Photographer, Images From Northern Cyprus, 1991
- The Cyprus Problem and the Remedy, 1992, Nicosia (Lefkoşa)
- From My Album, 1992
- O Günler — Those days, 1993, Nicosia
- Images From Northern Cyprus, 1993
- Vizyon — The Vision, 1994, Nicosia
- Kapılar — Doors, 1995, Nicosia
- Observations on the Cyprus Dispute, 1996
- Kıbrıs Meselesinde Son Durum — The Latest Situation in Cyprus Issue, 1996, Nicosia
- Rum Yunan İkilisi: İstenmeyen Cumhuriyetten Nereye? — Cypriot Greek Duo: Where to from the Unwanted Republic, 1996, Nicosia
- Karkot Deresi — Karkot Creek, 1996
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, I. cilt (1964) — Memoirs of Rauf Denktaş, 1964–74, volume I (1964), 1996
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, II. cilt (1965), 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, III. cilt (1966), 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, IV. cilt (1967), 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, V. cilt (1968), 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, VI. cilt (1969), 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, VII. cilt (1970), 1997
- Kalbimin Sesi — The voice of my heart, 1997
- In Search of Justice, 1997
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, VIII. cilt (1971–72), 1998
- Rauf Denktaş'ın Hatıraları, 1964–74, IX. cilt (1973–74), 1999
- Hatıralar, Toplayış, X. cilt — Memoirs, Conclusion, vol X, 2000
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Founder of Turkish Cyprus, Rauf Denktaş, dies at age 88.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119478889 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Rauf Denktaş hayatını kaybetti". Hurriyet.com.tr. 13 Yanvar 2012. 2015-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 Ocak 2012.
- ↑ 1 2 3 Taşçı, Yıltan. İngiliz Okulu'nda Öğrenim Görmüş Kıbrıslı Türk Değerler. Deniz Plaza Yayınları. 2010. sf. 36.
- ↑ Hakeri, Bener Hakkı. Kıbrıs Türk Ansiklopedisi. II. Kıbrıs Gazetesi Yayınları. 1992. sf. 303-4.
- ↑ 1 2 Güven, Erdal. "KKTC'nin 'Atatürk'ü". NTV Tarih (37. number): sf. 22-23.
- ↑ Eroğlu yarıştan çekildi Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine (Hürriyet) Erişim tarihi: 14 Ocak 2012.
- ↑ "Arxivlənmiş surət". 2012-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ "Rauf Denktaş vefat etti". Anadolu Ajansı. 13 Ocak 2012. 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 Ocak 2012.