Rasselin Caydani - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Rasselin çaydanı və ya səmavi çaydan — filosof Bertran Rassel tərəfindən dinlərin təkzibolunmaz tərəflərinin təkzib olunması vəzifəsinin şübhəçilərin öhdəsinə düşdüyü düşüncəsini yox etmək məqsədilə ortaya atılan bir oxşarlıqdır. Illustrated jurnalının 1952-ci ildəki nəşrinə daxil edilməsi nəzərdə tutulan (buna baxmayaraq jurnalın bu sayı dərc olunmadı) "Bir Tanrı varmı?" məqaləsində Bertran Rassel öz düşüncələrini aşağıdakı şəkildə ifadə etmişdir:
Əgər mən Yer kürəsi ilə Mars arasındakı ellipsvarı ortibdə Günəşin ətrafında dövr edən çini çaydanın olduğunu iddia etsəydim və bu çaydanın ən güclü teleskoplarımızla belə görülməyəcək qədər kiçik olduğunu əlavə edəcək qədər diqqətli olsaydım, heç kim bu düşüncəmin əksini isbat edə bilməzdi. Amma mən davam edərək bu düşüncəmin təkzibolunmaz xüsusiyyətindən dolayı insan ağlının ondan şübhələnməsinin yol verilməz olduğunu söyləsəydim, hər kəs haqlı olaraq boş danışdığımı düşünərdi. Ancaq belə bir çaydanın mövcud olması qədim kitablarda da təsdiq olunsa idi, hər bazar kilsədə müqəddəs bir həqiqət olaraq öyrədilsə idi və məktəblərdə uşaqların beyninə yeridilsə idi, onun var olmasından şübhələnmək qəribəlik olaraq qəbul olunardı və şübhələnən şəxsin bir psixiatr, əgər keçmiş zamandadırsa bir inkvizitorla görüşü təşkil olunardı. |
Riçard Dokinz yazmış olduğu Bir Şeytanın Keşişi kitabında bu düşüncəni bir az daha da irəliyə apararaq aşağıdakı şəkildə ifadə etmişdir:
Mütəşəkkil dinlərin bizim düşmənçiliyimizi qazanmasının səbəbi budur ki, Rasselin çaydanına olan inancın əksinə olaraq din güclüdür, təsirlidir, vergidən azaddır və özünü qorumaq iqtidarında olmayan aciz kiçik uşaqlara yeridilir. Uşaqlar inkişaf illərində çaydanlar haqqında mənasız kitabları əzbərləyərək vaxt itirməyə məcbur edilməzlər. Dövlət məktəbləri, valideynlər səhv çaydanlara inanan uşaqları məktəbdən kənarlaşdırmaz. Çaydana inananlar, çaydana inanmayanları, çaydan kafirlərini və ya çaydanı inkar edənləri ölənə qədər daşlamaz. Analar uşaqlarının bir yox üç çaydana inanan şəxslərlə evlənmələrinə qarışmaz. Əvvəlcə südü qaynamağa qoyanlar, əvvəlcə çayı qaynamağa qoyanların dizlərini parçalamaz. |
Rasselin çaydanı anlayışının daha yumoristik və dinləri parodiya edən formaları inkişaf etmişdir. Bunlara misal olaraq Tək buynuzlu gözəgörünməz çəhrayı at və Uçan spagetti əjdahasını göstərmək olar.