Rakhi Gulzar - Wikipedia
Rakhi Gülzar (15 avqust 1947[1], Ranaqxat[d]) 15 avqust 1947-ci ildə Hindistanda anadan olub. Əsasən hind dilində olan filmlərdə rol alıb. Təxminən 50 il ərzində 100-ə yaxın filmdə oynayıb. “Ən yaxşı qadın rolu”na görə Hindistanın “Filmfare Awards” milli mükafatının laureatı olub. 16 dəfə “Filmfare” mükafatına namizəd olub və bu onu aktrisalar arasında ən çox mükafata layiq görülən qadın aktrisa kimi tanıdıb. Rakhi “Utancaq”(1971), “Məhəbbət həyatdır” (1976), “Keçmşin kölgəsində” (1977), “Anlayışsızlıq” (1978), “Kölgəli xoşbəxtlik” (1981), “Qan qohumluğu” (1983), “Sevginin gücü” (1984) “Əriyən buludlar” (1985) filmlərində Şaşi Kapurla çəkilib. Onun digər tərəf-müqabili Amitabh Baççan olub. Birlikdə “Məhəbbət həyatdır” (1976), “Taleyin allahı” (1978), “Andlar və vədlər” (1978), “Qisas” (1979), “Qara daş” (1979), “Bir yağışlı gecə” (1981) «Təkrarolunmaz” (1982) filmlərinə çəkiliblər. Rakhi həmçinin “Ram və Lakhan” (1989), “Ölümlə oyun” (1993), “Zalım” (1993), “Karan və Arcun” (1995) və “Sərhəd” (1997) filmlərində də iştirak etmişdir.
Rakhi Gülzar | |
---|---|
benq. রাখী | |
Doğum tarixi | 15 avqust 1947[1] (77 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1967–2003 |
Mükafatları | |
IMDb | ID0347901 |
Vikianbarda əlaqəli mediafayllar |