Radiasiya Problemleri Institutu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir.
Radiasiya Problemləri İnstitutu | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAzərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur.
Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır.
AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir.
Elmi fəaliyyət
redaktəElmi problemlərin tədqiqi istiqamətləri
redaktə- Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması
- Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması
- Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması
- Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi
- Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması
- Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi[1]
Beynəlxalq fəaliyyət
redaktəRadiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri
redaktəАМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir. 2012-ci il ərzində AEBA ilə АМЕА-nın ilk layihəsi olan - Radiasiya Problemləri İnstitutunun bazasında Beynəlxalq Nüvə Məlumatlar Mərkəzi öz fəaliyyətini uğurla davam etdirib.
ABŞ Energetika Nazirliyi, Nüvə Təhlükəsizlik Deportamentinin “Radioloji Təhlükənin Azaldılmasına dair Beynəlxalq layihəsi” çərçivəsində RPİ Azərbaycan Respublikasında Radioaktiv materialların, mənbələrin və qurğuların fiziki müdafiəsinin gücləndirilməsinə dair işlərə elmi-metodik rəhbərlik edir. 2005-ci ildə Respublikamızda mövcud olan radioaktiv mənbələrin fiziki müdafiəsi gücləndirilmiş və yüksək səviyyəli radioaktiv materialların saxlanması üçün xüsusi anbarın tikintisinə 2006-cı ildən başlanaraq Azərbaycan Respublikasında mövcud olan radioaktiv mənbələrdən istifadə olunan obyektlərin fiziki mühafizəsinin gücləndirilməsinə dair işlər həyata keçirilir.
Amerika Birləşmiş Ştatları CRDF Fondu – “Fiziki ətraf mühitin tədqiqi mərkəzinin inkişafı” layihəsi həyata keçirilir, layihənin müddəti 2002-2016-cı illərdir. Bu müqavilənin maliyyələşməsi 2006-cı ildə başa çatıb. Sonrakı illərdə alınan avadanlıqların iş rejiminə nəzarət həyata keçirilir.
ABŞ-nın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində radiasiya aşkarlayan avadanlıqların quraşdırılması işi həyata keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/1745-95-22/11 saylı, 29 noyabr 2007-ci il tarixli dərkənarına əsasən AMEA-nın Radiasiya Problemləri İnstitutu radiasiya aşkaredici cihazların kalibrə və təmir işlərinin aparılması, eləcə də bu cihazların istismar edilməsi sahəsində təlimlərin həyata keçirilməsi üzrə səlahiyyətli qurum təyin edilmişdir. Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində İnstitutun “Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza Mərkəzi”-nin əmakdaşları müvafiq təlimlər keçmişlər və mütəmadi olaraq sərhədlərdə quraşdırılmış radiasiyanı aşkar edən avadanlığın və cihazların istismar və kalibrə işlərini həyata keçirirlər. Hal-hazırda bu işlər uğurla davam etdirilir.
Ukrayna Elmi-Texniki Mərkəzinin 2012-ci ildə elan etdiyi müsabiqədə institutun bir layihəsi maliyyələşdirilmişdir.
RPİ ilə Lomonosov adına MDU-nin Biologiya və Fizika fakultələrinin Biofizika kafedrasının biofizika radiasiyası, radioekologiya, radio- və foto- biologiya sahəsində elmi-texniki əməkdaşlığı haqqında razılaşma qurulmuşdur.
MDU-nun torpaqşünastlıq fakultəsi və AMEA Radiasiya Problemləri İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
Ukrayna Respublikasının Xarkov Fizika-Texniki İnstitutu ilə detektorlar və nüvə təhlükəsizliyinin elmi əsasları üzrə əlaqələr yaradılmışdır.
Özbəkistan Respublikası Nüvə Fizikası İnstitutu ilə radiasiya fizikası və nüvə fizikası sahəsində işlər aparılır.
Belarus Dövlət Universitetinin A.N.Sevçenko adına Tətbiqi Fizikanın Problemləri İnstitutu ilə “AıııBvı layvari monokristalların yüngül atomların ion şüalanması ilə aşqarlanması” istiqamətində əməkdaşlıq müqaviləsi imzalanmışdır.Sitat səhvi: <ref>
açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır
İstinadlar
redaktə- ↑ "Radiasiya Problemləri İnstitutu". http://irp.science.az/ (az.). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2022.