Rehimli Kelbecer - Wikipedia
Rəhimli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Rəhimli | |
---|---|
40°09′43″ şm. e. 46°04′04″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
redaktəBu kəndin bünövrəsini Çaykənd kəndindən köçmüş bir neçə ailə qoyub. Həmin ailələr heyvandarlıqla məşğul olurmuşlar. Kəndin əvvəlki adı AşağXaç olub.1992-ci ildə kəndin adı dəyişdirilərək onun bünövrəsini qoyan Alxanov Rəhim Ocaqverdi oğlu şərəfinə Rəhimli adlandırılmışdır. Oğlu Alxanov Köçəri isə Kəlbəcərdə sayılıb-seçilən adamlardan olub.[2]Kənd əhalisi Kürdlərin Azərbaycan dilində danışan Alxasi tayfasına mənsubdur.
Yaylaqlar
redaktəBehbudbəyin ağqayasının yurdu, Alagöllər yaylağı, Sudəyənqaya yurdu, Söyüdlü yaylağı, Qara Nəsibin yurdu, Mustafanın yurdu, Alıqulu ağanın yurdu, Taxtadüz yurdu, Sarıbulaq yurdu, Ketilərdüşən yurd, Əsəd bəyin yurdu, Mədinəli dərəsinin yurdu, Novruzdüşən göl yurdu.
Bulaqlar
redaktəZeynalın bulağı, Novlu bulaq, Bərk bulaq, Nəcəfölən bulaq, Korca bulaq, Lazımın bulağı, Gölmə bulaq.
Məşhur yerlər
redaktəTələlər, Ortaburun, Qırmızıqaya, Güneyinboynu, Biçənəklər, Şişin döşü, Uzuntala, Hacı Əmrahın yurdu, Kərimin biçənəyi, Mustafanın darı yeri, Heydərin yeri, Xaça yolaşan, Xanışın yeri, Ağ kaha, Hüseynalının çuxuru, Sarıburun, Qara daşın dərəsi, Qara malıx, Su duran, Həşəriyyə, Qarağatlı qobu, Əsgərin kahası, El yolu, Sarının yurdu, Mis, Bulağınbaşı, Yatalğalar.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.