Rubail - Wikipedia
Rübail Nəcəf oğlu Allahverdiyev (d.21 may 1940, Kirovabad, Azərbaycan SSR - ö. 29 oktyabr 2017, Gəncə) – Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, biologiya elmləri namizədi, professor, Əməkdar müəllim.
Rübail Allahverdiyev | |
---|---|
Rübail Nəcəf oğlu Allahverdiyev | |
Təxəllüsü | Rübail |
Doğum tarixi | |
Doğum yeri | Kirovabad, Azərbaycan SSR |
Vəfat tarixi | (77 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Əsərlərinin dili | Azərbaycan türkcəsi |
Janrlar | şeir, poema |
İlk əsəri | “Yaylın atəşi” (1961) |
Mükafatları |
Rəsul Rza mükafatı |
Həyatı
redaktəRübail Nəcəf oğlu Allahverdiyev 21 may 1940-cı ildə Gəncədə anadan olmuşdur. Burada 6 saylı orta məktəbi bitirmişdir. 1959-1964-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra institutda iki il komsomol katibi işləmiş, daha sonra 1966-1969-cu illərdə aspiranturada oxumuşdur. “Kadr uğrunda” qəzetinin redaktoru, 1971-1975-ci illərdə AKTİ-də partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1970-ci ildə “Camışlarda sərbəst və zülal təbiətli amin turşularının ontogenezdə dəyişməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adını almışdır.[1]
1976-cı ildə AKTİ-nin dosenti elmi adını almışdır. 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Yoluxmayan xəstəliklər kafedrasının professoru adına layiq görülmüşdür. Universitetdə müxtəlif vəzifələrdə çalışmışdır.
Yaradıcılığı
redaktəYaradıcılığa 1961-ci ildə “Kadr uğrunda” qəzetində dərc olunan “Yaylım atəşi” şeiri ilə başlamışdır. Həmin dövrdən baçlayaraq Azərbaycan mətbuatında davamlı olaraq şeirləri ilə çıxış etmişdir.
Rübailin “Sübhə yaxın” (1966), “Bir işıqlı yol üstəyəm” (1977), “Gecələr yuxusu qaçar qızların” (1983), “Getmişdim günəşi yola salmağa” (1988), “Ömrün fəsilləri” (2000), “İldırımötürən” (2000), “Altı məzar, üstü bazar dünyamız” (2000), “Zamanla əlbəyaxa” (2003), “Dünya dəlilərin şənlik evidi” (2005), “Tələsdikcə gecikirəm” (2008), “Sahilsiz çaya körpü” (2014), “Rübailər” (2015) adlı şeirlər və poemalar kitabı nəşr olunmuşdur.
Kitabları
redaktəBədii
redaktə- Sübhə yaxın (Şeirlər). Bakı: Azərnəşr, 1966, 34 s.
- Bir işıqlı yol üstəyəm (Şeirlər). Bakı: Gənclik, 1977, 56 s.
- Gecələr yuxusu qaçar qızların (Şeirlər və poema). Bakı: Yazıçı, 1983, 82 s.
- Getmişdim günəşi yola salmağa (Şeirlər). Bakı: Yazıçı, 1988, 98 s.
- Ömrün fəsilləri. Gəncə: Agah, 2000, 238 s.
- İldırımötürən (Poemalar). Gəncə, Agah, 2000, 66 s.
- Altı məzar, üstü bazar dünyamız (Şeirlər). Gəncə, Ekologiya, 2000, 360 s.
- Zamanla əlbəyaxa (Şeirlər). Bakl: Gənclik, 2003, 225 s.
- Dünya dəlilərin şənlik evidi. Bakı: Nurlan, 2005, 206 s.
- Tələsdikcə gecikirəm. Bakı: Nurlan, 2008, 251 s.
- Sahilsiz çaya körpü. Bakı: Elm və təhsil, 2014, 287 s.
- Rübailər. Moskva: Yayın yeri yoxdur, 2015, 288 s.
Elmi
redaktə- Pataloji fiziologiyadan təcrübə məşğələləri (dərs vəsaiti). Kirovabad: AKTİ nəşri, 1976, 95 s.
- Kənd təsərrüfatı heyvanlarının pataloji fiziologiyası (dərs vəsaiti). Kirovabad: AKTİ nəşri, 1987, 61 s.
Mükafatları
redaktə- Elmi-pedaqoji fəaliyyətinə görə ona “Əməkdar müəllim” Fəxri adı verilmişdir.[1]
- “Tələsdikcə gecikirəm” (2008) kitabına görə beynəxalq Rəsul Rza mükafatına layiq görülmüşdür.
Vəfatı
redaktə2017-ci ilin oktyabr ayının 29-da Gəncədə vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 "ADAU-nun professoru Rübail Allahverdiyevlə vida mərasimi". www.adau.edu.az. Archived from the original on 9 August 2020.
- ↑ "Azərbaycan elmində- söz dünyasında bir ulduz söndü". www.yenigence.com. 7 may 2020 tarixində arxivləşdirilib.