Qvineya Respublikasi - Wikipedia
Qvineya — Qərbi Afrikada dövlət. Şimalda Seneqal, şimal və şimal-şərqdə Mali, şərqdə Kot-d-İvuar, cənubda Liberiya, cənub-qərbdə Syerra-Leona, şimal-qərbdə Qvineya-Bisau dövlətləri ilə həmsərhəddir. Qərbdə Qvineya sahillərini Atlantik okeanın suları yuyur.[4]
Qvineya | |||||
---|---|---|---|---|---|
fr. République de Guinée | |||||
| |||||
"Travail, Justice, Solidarité" azərb. "İş, Ədalət, Həmrəylik" |
|||||
Himn: Liberté azərb. Azadlıq |
|||||
Tarixi | |||||
• Müstəqillik | 2 Oktyabr 1958 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Konakri | ||||
İdarəetmə forması | Prezident respublikasıdır | ||||
Prezident | Mamadi Dumbuya | ||||
Baş nazir | Bah Oury | ||||
Sahəsi | Dünyada 78-ci | ||||
• Ümumi | 245,836 km² | ||||
Əhalisi | |||||
• Əhali | 10,057,975 nəfər (81-ci) | ||||
• Siyahıyaalma (2014) | 10,628,972 nəf. | ||||
• Sıxlıq | 106.1 nəf./km² (164-cü) | ||||
• Ümumi | 16.091.817.842 $[2], 21.227.749.389 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 11.46 milyard ABŞ dolları dollar | ||||
• Adambaşına | 1,082 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2011) | 5.212 milyard ABŞ dolları [1] dollar | ||||
İnternet domeni | .gn | ||||
ISO kodu | GN | ||||
BOK kodu | GUI | ||||
Telefon kodu | +224 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəMüstəmləkə dövrünə qədər
redaktəQvineyanın qədim tarixi öyrənilməmişdir. Mülahizələrə görə Qvineya sahilləri Finikiya dənizçiləri tərəfindən qeydə alınmışdır. Orta əsrlərdə müasir Qvineya ərazisinin bir hissəsi VIII–IX əsrlərdə mövcud olmuş Qana, XIII–XV əsrlərdə mövcud olmuş Mali imperiyalarının tərkibinə daxil olmuşdur. Həmin dövrlərdə Qvineya ərazisində müxtəlif tayfalar, o cümlədən çoxsaylı mandinka, dyalonke, susu tayfaları tərəfindən məskunlaşmışlar.
XVI əsrdə Futa-Callon düzənliyində köçəri maldar tayfalarından olan fulbelər tərəfindən məskunlaşdırıldı. 1720-ci illərdə islam dinini qəbul edən fulbelərin yuxarı təbəsi dyalonkelərə və bütpərəst fulbelərə qarşı müharibəyə başladılar. Bu müharibə 1770-ci illərin sonlarında başa çatdı, nəticədə fulbelərin erkən dövləti olan Futa-Callon dövləti yarandı.
XIX əsrdə fransızlar Qvineyaya soxuldular. Onlar yerli sakinlərlə ticarət münasibətlərini təşkil etməyə cəhd göstərsələr də, bu Avropa tacirlərinin məhv edilməsi ilə nəticələndi. Fransa 1865-ci ildən tacirləri müdafiə etmək üçün Qvineyanın cənubunda liman tikməyə və burada öz mövqelərini möhkəmləndirməyə başladılar. Fransızlar yerli tayfaların başçıları ilə hücum etməmək haqqında müqavilə bağlamağa çalışırdılar.
Müstəmləkə dövrü
redaktə1897-ci ildə Fransa Futa-Callon hökuməti ilə protektoratlıq haqqında müqavilə imzalandı. 1898–1904-cü illərdə təxminən müasir Qvineya ərazisində fransız müstəmləkəsi olan River dyu Syud mövcud olmuşdur. 1904-cü ildə Fransa Qvineyası fransız Qərbi Afrika federasiyasının tərkibinə daxil oldu. Birinci dünya müharibəsindən sonra fransızlar Qvineyada banan, ananas, kofe plantasiyaları yaratmağa başladılar, lakin burada plantasiya təsərrüfatı geniş inkişaf etmədi. Qvineyada sənaye zəif inkişaf edirdi, yalnız ikinci dünya müharibəsindən sonra burada ilk dağ-mədən sənayesi üzrə müəssisələr yaradıldı.
Əhalisi
redaktəQvineya Respublikasında əhalinin sayı 10,6 mln. nəfərdir (2014). Əhalinin illik artımı 2,6 %-dir. Orta ömür müddəti kişilər arasında 56 il, qadınlar arasında 59 ildir. Əhalinin etnik tərkibi: fulbelər-40 %, mandinkalar-30 %, susular-20 %, digərləri-19 %-dir. Əhalinin 85 %-i islam dininin sünni məzhəbinə, 8 %-ə yaxını xristian (Onların əksəriyyəti katolikdir) dininə, 7 %-ə yaxını aborigen ayinlərinə etiqad edir. Əhali arasında yevangelistlər, plimut qardaşları ayinlərinə etiqad edənlər də vardır. Əhalinin savadlılığı kişilər arasında 42 %, qadınlar arasında 18 %-dir (2003). Şəhər əhalisi −34%-dir.(2008).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.ethnologue.com/language/fra.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ https://web.archive.org/web/20181225111225/http://chartsbin.com/view/edr.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //