Qutluq Inanc - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu.
Qutluq İnanc | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | ? |
Vəfat tarixi | ? |
Vəfat yeri | ? |
Milliyyəti | qıpçaq türkü |
Atası | Məhəmməd Cahan Pəhləvan |
Anası | İnanc Xatun |
Dini | Sünni İslam |
Həyatı
redaktəMəhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Həmçinin bax
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |